Mobil telefon

Windows Store-da da Build olacaq

18 May 2017 07:42
0 Şərh     Baxış: 668

"Apple" şirkəti "Build" proqram tərtibatçıları konfransında "Windows Store" mağazasında "iTunes" musiqi əlavəsinin istifadəyə verilməsi ilə bağlı planlarını açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, istifadəçilər "Apple" musiqi proqramını tez-tez axtarsalar da, ondan "Windows Store" mağazasında yararlanmaq imkanından məhrumdurlar. Bununla əlaqədar olaraq "Microsoft" korporasiyası "Apple" ilə proqramın əldə edilməsi üçün danışıqlar aparıb.   

Bildirilir ki, yeni "iTunes" versiyasının funksionallığı "iPhone", "iPad" və "iPod" qurğuları ilə sinxronlaşma imkanına malik klassik versiya kimi geniş olacaq.

"Microsoft" mağazasında, həmçinin bir sıra "Adobe" proqramlarının və "Chrome" brauzerinin quraşdırılması planlaşdırılır. Bununla yanaşı, alternativ brauzer "Microsoft" əlavələrinə sərt tələblər səbəbindən "Windows Store"da quraşdırılmayacaq.

Bundan başqa, "Microsoft"un məhsullarını populyarlaşdırmaq üzərində aktiv çalışmasına görə "Windows 10 S" əməliyyat sistemində "Google"un "Bing" əvəzinə standart axtarış sistemi kimi quraşdırılması qeyri-mümkün olacaq, ".html" formatlı bütün əlavələr isə "Edge" brauzerində açılacaq.

"Windows 10 S" sisteminin yalnız standart "Windows Store" əlavələri ilə işləməsi səbəbindən mağazada "iTunes" əlavəsinin istifadəyə verilməsi ilə bağlı xəbərin əksər istifadəçiləri sevindirəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.