Mobil telefon

HTC One X10 təqdim olundu

20 Aprel 2017 07:33
0 Şərh     Baxış: 666

Tayvanın "HTC" şirkəti orta səviyyəli "One X10" smartfonunu təqdim edib. Yeni aparat tamamilə metaldan hazırlanmış korpusa malikdir və kifayət qədər yüksək tutumlu akkumulyatorla təchiz edilib.

"HTC One X10" smartfonu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 2 QHs-dək takt tezlikli səkkiznüvəli "MediaTek Helio P10" prosessoru, 700 MHs takt tezlikli "ARM Mali-T860" qrafik sürətləndirici ilə təchiz edilib. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 3 və 32 QB təşkil edir. Həmçinin fləş daşıyıcılar üçün "microSD" slotu nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonun əsas kamerası 16 meqapiksel təsvir ölçüsünə, LED işıqlandırıcı və "Full HD" formatında videoçarxlar çəkmək funksiyasına malikdir. Videozənglər və "selfi" üçün nəzərdə tutulmuş ön kamera 8 meqapiksellik "BSI" sensorla təchiz edilib.

Qurğu aşağıdakı simsiz kommunikasiya vasitələrini dəstəkləyir: "LTE" (300 Mbit/s), "Wi-Fi 802.11a/b/g/n", "Bluetooth 4.0" və "GPS". Aparatın arxa tərəfində barmaq izi skaneri quraşdırılıb.

Smartfonun ölçüsü 152,9x75, 6x8,23 mm, çəkisi 175 qr-dır. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edən qurğu "Android" mobil əməliyyat sistemi ilə işləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.