Mobil telefon

Smartfonun yaratdığı fəsadlar - Kürək və boyun ağrıları...

15 Aprel 2017 23:46
0 Şərh     Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı alimlər smartfon istifadəçisi şəxslərin smartfonrlardan istifadə etməyənlərlə müqayisədə nə üçün kürək və boyun ağrılarından daha çox əziyyət çəkməsinin səbəbini ortaya çıxarıblar.
Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, ortopediya üzrə cərrah Todd Lanman və Ceyson Kuellar kürək nahiyəsində güclü ağrılardan və onurğa sümüyündə yırtıqlardan (qrıja) şikayət edən gənc pasientlərin sayının artdığını qeydə alıblar. Rentgen fotolarının analizindən sonra müəyyən edilib ki, bu şikayətçilərdə qeyri-adi boyun əyikliyi var. Səbəb isə gün boyu bir neçə saat ərzində smartfonlardan istifadədir.
Smartfonlarla keçirilən vaxt ərzində baş əyilir, bu isə öz növbəsində onurğa sümüyünə olan təzyiqi artırır. İnsan dik dayananda onun başı 4,5-5 kq ağırlığında olur. Ancaq boyun 60 dərəcə altında əyildikdə onurğa sümüyü sanki 27 kq ağırlığında baş daşıyır.
Profilaktik tədbir kimi Lanman və həmkarları smartfon istifadəçilərinə yazı yazarkən telefonu üzbəüz, gözlər səviyyəsində tutmağı məsləhət görürlər. Bundan əlavə alimlər mətni hər iki əllə yazmağı məsləhət görürlər. Belə duruş onurğa sümüyünü daha simmetrik və uyğun mövqedə tutmuş olur.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.