Mobil telefon

“BlackBerry”yə 815 milyon $ təzminat ödənəcək

15 Aprel 2017 08:45
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qualcomm" şirkəti məhkəmənin qərarı ilə "BlackBerry"yə 815 milyon dollar təzminat ödəyəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Kanada şirkətinin səhmləri 15 faiz bahalaşıb.
 
2010-2015-ci illər ərzində "BlackBerry" mütəmadi olaraq patentlərin lisenziyalaşdırılması üçün "Qualcomm" şirkətinə ödəniş edib. Bununla bağlı ABŞ-ın Federal Ticarət Komissiyası Kanada şirkətinə qarşı iddia qaldırıb. Komissiya hesab edib ki, "BlackBerry"nin ödənişləri həddindən artıq çoxdur.
 
Məhkəmənin qərarı ilə "Qualcomm" bu şirkətə 815 milyon dollar ödəyəcək. Mayın 30-dan sonra isə mütəxəssislər vəkillərə ödənilən qonorar və faizlərin də həcmini müəyyən edəcəklər. Bunun ABŞ şirkətinin dəyərinə necə təsir edəcəyi məlum deyil. Ancaq bununla belə, kanadalılar artıq öz kapitalını genişləndirə bilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.