Mobil telefon

Dünyanın ən böyük smartfon istehsalçısı kimdir?

15 Aprel 2017 08:01
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TrendForce" analitik şirkəti cari ilin birinci rübündə dünyada 307 milyon smartfon buraxılmasını və bunun əvvəlki rübdən 23 faiz az olmasını açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hesabat dövründə "Samsung" şirkəti bazarın 26,1 faizinə sahib çıxaraq birinci yeri tutub. Bu, ötən rübdə Cənubi Koreya istehsalçısının payının 18,5 faiz olması nəzərə alınmaqla böyük artım hesab olunur. İkinci yeri tutan "Apple" şirkətinin payı, əksinə, 20,3 faizdən 16,9 faizədək azalıb.  

Üçüncü yerdə qərarlaşan Çinin "Huawei" istehsalçısının bazar payı dəyişməz (əvvəlki 11,3 faizə nisbətdə 11,4 faiz) qalıb. Sonrakı pillələrdə "Oppo" (8,8 faizdən 8,1 faizədək azalma), "Vivo" (7,1 faizdən 6,2 faizədək azalma), "LG" (5,8 faizdən 4,6 faizədək azalma) şirkətləri yer alıb.   

Çinin smartfon istehsalçıları arasında isə mütləq lider 24,7 faiz payla "Huawei" şirkətidir, ikinci və üçüncü yerdə müvafiq olaraq "Oppo" (17,6 faiz) və "Vivo" (13,4 faiz) qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.