Mobil telefon

Adi qulaqlıqlar simsiz qulaqlıqlara çevrilir

13 Aprel 2017 08:11
0 Şərh     Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Boud" startapı "Kickstarter" platformasında adi qulaqlıqları simsiz qulaqlıqlara çevirən kiçikölçülü "Bluetooth" modulun istehsalına vəsait toplanılması üzrə kampaniya başladıb.

Milli.Az ICTnews-a  istinadən bildirir ki, ölçüsü 12x12x48  mm və çəkisi 10 qram olan "PLUB" adlı cihazın kənar hissəsində qulaqlıqların qoşulması üçün 3,5 mm-lik konnektor yerləşir. Bu konnektor, həmçinin qurğunun enerji ilə doldurulması üçün istifadə olunur. 120 milliamper/saat tutumunda olan daxili batareya "PLUB" qurğusunun avtonom rejimdə 5 saatadək işləməsini təmin edir.

Qeyd edək ki, "PLUB" ilk belə qurğu olmasa da, ancaq istehsalçılar bildirir ki, yeni modul analoqlarından öz yığcamlığı və nəfis dizaynı ilə seçilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Yığcam "Bluetooth" modul adi qulaqlıqları simsiz qulaqlıqlara çevirir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.