Mobil telefon

Wi-Fi dövrünün sonu çatır

18 Mart 2017 07:11
0 Şərh     Baxış: 2 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bloomberg" analitik agentliyi tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, simsiz kommunikasiyalar sahəsində çalışan ekspertlərin əksəriyyəti "Wi-Fi" şəbəkəsinə ictimai giriş dövrünün sona yaxınlaşdığını düşünürlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, açıq statistik məlumatlardan məlum olduğu kimi, indi mobil cihaz istifadəçilərinin 50%-i ictimai "Wi-Fi" hot-spotlarından istifadə edirlər. Ancaq ekspertlər əmindirlər ki, artıq yaxın gələcəkdə ictimai "Wi-Fi" nöqtələrindən istifadə edənlərin sayı 33% azalacaq.

Bu, yüksəksürətli mobil giriş, məsələn, "LTE" texnologiyasının populyarlaşması ilə izah edilir. Bundan başqa, mobil operatorlar tərəfindən limitsiz trafikə malik tarif planlarının istifadəyə verilməsi "Wi-Fi" dövrünün sonunu gətirəcək.

Həmçinin "LTE-Unlicensed" texnologiyası "Wi-Fi"-ı sıxışdıracaq. 2020-ci ilədək "LTE-U" standartının giriş nöqtələrinin sayı milyondan çox olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.