Mobil telefon

4G LTE şəbəkəsi genişlənir

18 Mart 2017 07:42
1 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"5G" rabitə standartına keçid ani deyil, tədricən baş verəcək və yaxın illərdə əvvəlki "4G LTE" standartı geniş istifadə edilməyə davam edəcək, həm də bəzi hallarda, operatorlar tərəfindən tətbiq edilmiş texnoloji innovasiyalar hesabına məlumatların ötürülməsi sürəti "5G" standartına yaxınlaşacaq. Bu haqda "ABI Research" analitik şirkətinin yeni araşdırmasında qeyd olunub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatına görə, 2022-ci ildə dünyada "4G LTE" abunəçilərinin sayı 4 milyardı ötəcək. Xatırladaq ki, 2017-ci ilin əvvəlində bu göstərici 2 milyarda bərabər idi. Beləliklə, 5 il sonra planet əhalisinin 50%-i "LTE" şəbəkəsindən istifadə edəcək.

Həmçinin gözləntilərə görə, 2017-2022-ci illərdə "LTE" şəbəkəsi dünyada lider mobil rabitə standartı olaraq qalacaq. İndi mobil trafikin ümumi həcminin 67%-i "4G" standartının payına düşdüyü halda, 2022-ci ildə bu göstərici 82%-ə yaxınlaşacaq. Bu halda "5G" rabitə standartının köməyi ilə mobil şəbəkələrdə məlumatların ümumi həcminin yalnız 13%-i ötürüləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.