Mobil telefon

ABŞ smartfon bazarının liderləri - SİYAHI

14 Mart 2017 08:11
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SomScore" şirkəti 2017-ci ilin yanvarında yekunlaşan 3 aylıq müddət üçün ABŞ-da smartfon istifadəçisi olan mobil rabitə şəbəkələri abunəçilərinin sayı barədə məlumatları dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Milad və Yeni il bayramları qabağı ABŞ-da ən populyar smartfon "iPhone" olub. Bu smartfon bazarın 44,6 faizinə sahib olub ki, "Apple"ın son rüb üzrə payı 2,3 faiz artıb.
 
İkinci yeri payı 30-dan 28 faizə qədər azalan "Samsung" smartfonları tutub. Üçüncü sırada isə 10,3 faiz paya malik LG-dir. Şirkət ötən rüb nəticəsini 0,7 faiz yaxşılaşdıra bilib.
 
Dördüncü və beşinci yerləri "Motorola" və HTC tutub. Onlar ABŞ bazarında 4,3 və 2,3% paya sahibdir.
 
Mobil əməliyyat sistemlərinin populyarlığına gəldikdə isə, "Android" bu siyahıda liderdir. Şirkət ABŞ bazarının 53,2 faizinə malikdir. İkinci yeri ötən rübə nisbətən bazar payını 2,3% artıraraq 44,6%-ə çatdıran iOS tutur. "Windows" əməliyyat sisteminin payı 1,8-dən 1,6%-ə düşüb. "BlackBerry"ə isə ABŞ bazarında 0,6% faiz paya malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.