Mobil telefon

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi

16 İyun 2022 12:55
Baxış: 2 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Möhtəşəm dizayn, yüksək məhsuldarlıq, 90Hz yeniləmə tezliyi ilə geniş ekran, operativ yaddaşın genişləndirilə bilən funksiyası - hər şeyin yaxşısı yeni "HONOR X" seriyalı smartfonlarda.

"HONOR" Azərbaycanda yeni smartfonlar seriyasını təqdim edib. Yeni "HONOR X" xətti münasib qiymətə yaxşı texniki xüsusiyyətləri özündə cəmləşdirən smartfonlar seriyasıdır. Çoxlu innovativ texnoloji həllər təklif edən yeni xətt müəyyən üsluba, müasir dizayna, müstəsna şəkil çəkmək imkanlarına və bütün gözləntiləri üstələyən məhsuldarlığa malikdir. Və bütün bunlar əlverişli qiymətə! Seriyadakı smartfonlar Google Mobile Services (GMS) ilə "Android 11"də işləyir.

"HONOR Device Co"nun baş direktoru George Zhao deyib ki, - "HONOR X" smartfonlar seriyası vasitəsilə biz innovativ texnologiyanı hər kəs üçün əlçatan etməyə çalışdıq".

Smartfonlara daha yaxından nəzər salaq - seriyada 3 smartfon var və hər biri müxtəlif qiymət seqmentindədir. Bu smartfonları üç əsas xüsusiyyət birləşdirir: 90 Hz yeniləmə tezliyi olan və "TÜV Rheinland" tərəfindən sertifikatlaşdırılmış parlaq ekran, "HONOR RAM Turbo" genişləndirilə bilən operativ yaddaş funksiyası və ən son "Qualcomm Snapdragon® 680" çipi.

Yüksək məhsuldarlı çip və "HONOR RAM Turbo" funksiyası.

X seriyalı smartfonun hər üçü yüksək məhsuldarlıq və enerji qənaətini təmin edən qabaqcıl 6nm "Qualcomm Snapdragon® 680" prosessoru ilə təchiz edilmişdir. "HONOR RAM Turbo" texnologiyası operativ yaddaşı genişləndirməyə imkan verən fon proqramlarını sıxışdırmaq və açmaq üçün 2 GB daimi yaddaşdan istifadə edir. Məsələn, smartfonunda oyunu açan istifadəçi bu oyunu işə salmaq və düzgün işlətmək üçün çatışmayan operativ yaddaş miqdarını boşaltmaq üçün əvvəllər açılan tətbiqləri bağlamasa da olar. Bu, xüsusi alqoritmlər sayəsində proqram səviyyəsində avtomatik olaraq baş verir.

Göz mühafizəsi və 90Hz yeniləmə tezliyi ilə ekran

Bütün "HONOR X" seriya smartfonları 90 Hz yüksək yeniləmə tezliyinə malik böyük ekranlara sahibdir və bu, ekrana hər toxunuşda rəvan işləməyi təmin edir. Bundan əlavə, bu smartfonların "Full-View" displeyləri parlaq günəş işığında belə mükəmməl oxuna bilən aydın və parlaq mənzərə təqdim edir.

HONOR X smartfonları həmçinin TÜV Rheinland Low Blue Light sertifikatını, zərərli göy şüalanmadan qorunmaq üçün daxili göz mühafizə fuksiyasının effektivliyini sübut edən cihazlara verilən beynəlxalq sertifikat alıb. Smartfonlar elektron kitab rejimində və ya "gecə" rejimində rahat oxunuşu və baxmağı təmin edərək, uzun müddət istifadə etdikdən sonra və ya az işıqlı şəraitdə belə gözlərinizin yorulmamasına imkan verir.

İndi HONOR X7, X8 və X9 modellərinin necə fərqləndiyini anlayaq.

Böyük qardaş - "HONOR X9"

"HONOR X9" daha yüksək qiymət kateqoriyasına aid smartfondur. Bu, hamısı daha böyük yaddaş (6 GB RAM + 2 GB RAM Turbo), 2388x1080 piksel təsvir ölçülü 6,81 düymlük "FullView" ekranı və həmçinin daha təkmil kamera sayəsindədir. Kamera bloku arxa qapağın yuxarı hissəsinin ortasında yerləşən dairə şəklində hazırlanıb. Kamera üçqatdır və əsas 48 meqapiksellik vahidə əlavə olaraq, boke effektli başqa 2 meqapiksellik kamera və 2 meqapiksellik makro kamera daxildir. Həmçinin aşağı işıqda belə istifadəçilərə heyrətamiz şəkillər çəkməyə imkan verən svetodiod işıqlandırılması var.

"HONOR X9" iki xüsusiyyət sayəsində blogerlər üçün mükəmməl cihazdır. "Dual View Recording" həm ön selfi kamerasından, həm də arxa əsas kameradan istifadə edərək eyni vaxtda iki fərqli bucaqdan çəkiliş aparmağa imkan verir. "Micro Movie Mode" funksiyası kənar tətbiqlərə ehtiyac olmadan video görüntüləri avtomatik birləşdirmək və redaktə etmək üçün sadə bir həll təklif edir.

Lakin "HONOR X9"un onun qardaşlarından ən mühüm fərqi, cihazı cəmi 15 dəqiqəyə 50% və cəmi 30 dəqiqəyə 81% doldurmağa imkan verən super sürətli 66 Vt doldurmadır. 4800 mAh batareya ilə "HONOR X9" bir dəfə doldurulmaqla 16,8 saata qədər sosial şəbəkələrdə işləməyə, 12,8 saat video izləməyə və ya 25,6 saat danışıq imkanı verir.

Qiymət və satış nöqtələri.

"HONOR X9" üç parlaq rəngdə mövcuddur: Titan Gümüş, Gecəyarısı Qara və Okean Mavi.  Smartfonu "Irshad" mağazalarından və irshad.az saytından cəmi 749 manata ala bilərsiniz. Həmçinin 12 aya, ilkin ödənişsiz, faizsiz ayda 60 manata əldə etmək mümkündür.  

Orta sinif - "HONOR X8"

İnanılmaz dərəcədə zərif və dəbli "HONOR X8" yalnız 7,45 mm qalınlığında və 177 qram ağırlığında nazik və yüngül korpusa malikdir. Smartfon 6,7 düymlük parlaq "FullView" displeyinə, 6 GB RAM + 2 GB "RAM Turbo"ya və batareyanın uzun müddət işləməsinə zəmanət verən 4000 mAh batareyaya malikdir. Cəmi 10 dəqiqə ərzində 22,5 Vt "HONOR SuperCharge" ilə istifadəçilər "HONOR X8"i üç saat fasiləsiz onlayn video nümayişini təmin edəcək qədər enerji ilə doldura bilərlər.

"HONOR X8" dördlü kameraya malikdir. Smartfon bir vahiddə 64MP əsas obyektiv, 120° baxış bucağı və f/2.2 diafraqmaya malik 5MP geniş bucaqlı obyektiv, həmçinin 2MP makro obyektiv və 2MP boke effekti üçün sensoru birləşdirir. Smartfon kameraları həm yeni başlayan fotoqraflar, həm də dinamik insanlar üçün idealdır.

Qiymət və satış nöqtələri

Parlaq rənglərdə olan "HONOR X8" -   Titan Gümüş, Gecəyarısı Qara və Okean Mavi,  "Irshad" mağazalarından və irshad.az saytından 599 manata əldə etmək olar. Bu smartfonu ilkin ödənişsiz, faizsiz, 12 aya, ayda sadəcə 50 manat ödəməklə ala bilərsiniz.

Kompromissiz qənaətcil - "HONOR X7"

"HONOR X7" X seriyasının kiçik üzvüdür. Aşağı qiymətə baxmayaraq, smartfon təkcə incə dizaynı, 4GB+ 2GB RAM Turbo operativ yaddaş həcmi, cəmi 8,62 mm qalınlığında nazik korpus, əla kameralar və böyük 6,74 düymlük displeylə öyünür, həm də uzumüddətli avtonom iş üçün 5000 mAh gücündə batareya ilə. Bir dəfə doldurmaqla istifadəçi 20 saata qədər onlayn videonu izləyə və ya ard-arda 49 saat telefonla danışa biləcək. Bundan əlavə, smartfona 22,5 Vt gücündə super sürətli şarj cihazı daxildir ki, bu da sizə cihazı 10 dəqiqə ərzində 3 saat onlayn videonu izləmək üçün kifayət edəcək vaxta doldurmağa imkan verəcək.

"HONOR X7" yeni başlayan fotoqraflar və yaradıcılar üçün idealdır. 48 meqapiksellik "Ultra-Clear əsas kamera, hətta az işıqlı şəraitdə də fotoşəkillərdə aydın cizgiləri göstərməyə imkan verən intellektual çoxkadrlı sintez alqoritmi ilə təchiz edilib.

5 meqapiksellik f/2.2 geniş bucaqlı kamera istifadəçilərə kadrda daha çox element saxlamaqla şəkil çəkməyi asan və rahat edir. 2MP makro kamera ilə istifadəçilər ən kiçik detalları belə qaçırmayacaqlar, 2MP boke- kamera isə vizual olaraq xoş portretlər yaradır.

Qiymət və satış nöqtələri

"HONOR X7" üç canlı rəngdə mövcuddur: Titan Gümüş, Gecəyarısı Qara və Okean Mavi. Smartfonu "Irshad" mağazalarından və irshad.az saytından 499 manata ala bilərsiniz. Bu smartfon da 12 aya ilkin ödənişsiz, faizsiz, ayda cəmi 41.67 manata sənin ola bilər.

"HONOR X" hər kəsin ürəyincə olan smartfonlar seriyasıdır.

İstər 66 Vt super sarjlı "HONOR X9", istər incə dizaynlı "HONOR X8", istərsə də təkmil kamerası ilə "HONOR X7" olsun, smartfonunuz sizə gündəlik tapşırıqları tez həll etməyə kömək etməklə və "HONOR" texnologiyasının sehrini əlavə etməklə sizi sevindirəcək.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.