Kulinariya

Susuzluq yaratmır, təravətləndirir: Ramazan şərbəti

17 Aprel 2021 14:22
Baxış: 1 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayının gəlişi ilə oruc tutanlar iftar və imsaq süfrələrinin reseptləri ilə maraqlanırlar. Xüsusilə də özləri üçün susuzluq yaratmayan, təravətləndirici içkilər axtarırlar. 

Milli.Az lent.az-a istinadən bu dəfə Ramazan şərbətinin hazırlanma qaydasını təqdim edəcəyik:

Albalı, reyhan və nanə kimi bir çox məhsuldan hazırlanmasına görə növlərə ayrılan Ramazan şərbəti dadı və təravəti ilə oruc tutanlara kömək edir. Təravətləndirici və susuzluq yaradan Ramazan şərbətini necə hazırlamaq olar?

Ramazan şərbətini hazırlamaq üçün lazım olan ərzaqlar:

Şərbət hazırlayarkən təbii və qurudulmuş meyvələrdən istifadə edə bilərsiniz. Əsas olan məhsulların təmiz yuyulması və sularının tam süzülməsidir.

6 stəkan su

3/4 fincan şəkər tozu

1 stəkan albalı (nanə və ya 1 dəstə reyhan da ola bilər)

10 ədəd quru gavalı

1 stəkan kişmiş

5 qram təzə zəncəfil

1 ədəd darçın çubuğu

6 ədəd mixək

Hazırlanma qaydası:

Suyu dərin bir qazana tökün. Soyulmuş təzə zəncəfil, mixək və darçın çubuqlarını əlavə edib qaynadın. Qaynar suya şəkər tozu əlavə edib qarışdırın. Daha sonra kişmiş və gavalını da əlavə edib 5 dəqiqə qaynamasını gözləyin. Sonda təzə albalı və ya istədiyiniz meyvəni əlavə edin. 2-3 dəqiqə daha qaynama prosesini davam etdirin. Ocaqdan götürdüyünüz şərbəti ev temperaturunda soyudun. Süzgəcin köməkliyi ilə süzüb dolçada soyuducuya qoyun. İmsaq üçün şərbətiniz hazırdır.

Ramazan.Milli.Az

Nuş olsun!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.