Kulinariya

Kokostar tortunun hazırlanması - Usta öz sirlərini açır - VİDEO

14 Oktyabr 2019 23:21
5 Şərh     Baxış: 2 272

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Bis-Dus Babayeva" adı ilə məşhur olan səhifəyə istinadla kokostar tortunun necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

3 yumurta, yarım stəkan şəkər tozu, yarım stəkan un, qabarta tozu, vanil, 2 xörəkl qaşığı kakao.

Kremi üçün: 1 paket krem-şanti, 1 stəkan süd, 2 stəkan kakos, 2 xörəkl qaşığı şəkər pudrası.

Sous üçün: 100 qram tünd şokolad, 100 qram südlü şokolad, 200 qram qaymaq.

Hazırlanma qaydası:

Yumurta ilə şəkər tozunu ağarana qədər birlikdə çalırıq. Sonra stəkandakı una qabartma tozunu, vanili və kakaonu əlavə edib qarışdırırıq. Hə iki qarışıq birlikdə qarışdırılır. Daha sonra sobanın listinə əlavə edib bişirilir.

Digər qaba südü, krem-şantini və şəkər pudrasını əlavə edib çalırıq, kakosu töküb qarışdırırıq. 15 dəqiqə soyuducuda saxlayırıq.

Sousu hazırlayacağımız qaba isə qaymağı əlavə edib ocaqda isidirik. Ocaqdan götürüb ardıncaşokoladı əlavə edib qarışdırırq.

Tortu südlə isladıb öncə kremi çəkirik. 10-15 dəqiqə sonra sousu əlavə edirik. Tortumuz hazırdı.

Nuş olsun!

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Oktyabr 23:2332

    Sekildeki kusok menim hec kimeeee vermiyecem özüm caynan icecemmm i vseeee ))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Oktyabr 23:2532

    Sous qlazur nezerde tutulur ??

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 14 Oktyabr 23:3140

    Sekildeki tort senin ,videodaki tort da menim)

    Cavab yaz
  • Anonim
    Papatya · 14 Oktyabr 23:3170

    video açilmadi mende. amma fondaki şekil spartak tortunun sekline oxsayir. hetta o sekildir daha eminlikle deyim. myfoodchanel-deki xanimin el işi.

    Cavab yaz
  • Anonim
    ♥️Ebru♥️ · 14 Oktyabr 23:4850

    Kokostar neydi day??Birinci seferdi bele ad esidirem,bele tort gorurem:))Yaziq canim neyneyim,evde bismeyib qonsudan gelmeyib:))Gornusu qesengdi gece vaxti yaxsi caynan geder:))Milli az xais edirem arad salatlardanda veresiniz..Bu sirniyyatlar axirimiza cixacaq..))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.