Kulinariya

Xiyar, pomidor turşusunun hazırlanması - Usta öz sirlərini açır - VİDEO

10 Sentyabr 2019 19:30
16 Şərh     Baxış: 11 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Lent.az-a istinadən növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Bizim Mətbəxdən" adı ilə məşhur olan səhifəyə istinadla xiyar və pomidor turşusunun resepti ilə tanış edəcəyik.

Tərkibi:

3 kq balon üçün lazım olan ərzaqlar: sarımsaq 3-4 diş, dəfnə yarpağı 2 ədəd, cəfəri 3-4 tel, şüyüt 2-3 çubuq, pamidor, tikanli xiyar, iri duz 2 x.q, uksus 1.5 x.q, qaynar su balon dolana qədər

Hazırlanma qaydası:

Ərzaqları yuyuruq, xiyarların hər iki tərəfindən bir az kəsirik. Sonra balonları yaxşıca sterilizə edirik. Balonun dibinə, sarımsaqları, dəfnə yarpağı, cəfəri, şüyüdü, istiotu və bibəri əlavə edirik. Daha sonra iki sıra xiyar və pomidoru yığıb üzərinə duz, dolana qədər su və uksus tökürük. Daha sonra qazanda su qoyuruq, isti suya turşuları yığıb qaynadırıq. Sonra ağzını möhkəm bağlayırıq və yapışdırıcı vururuq. Daha sonra sərin yerə qoyub qış üçün saxlayırıq.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.