Kulinariya

Kakaolu, qozlu tort - Usta öz sirlərini açır - VİDEO

7 Sentyabr 2019 15:00
17 Şərh     Baxış: 6 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Lent.az-a istinadən maraqlı resepti oxucularına təqdim edir:

Bu dəfə sizi sosial şəbəkədə "Sona metbexi" adı ilə məşhur olan səhifəyə istinadla asan hazırlanan kakaolu, qozlu tort resepti ilə tanış edəcəyik.

Tərkibi:

3 ədəd yumurta, 1.5 st şəkər tozu, 0.5 ç.q vanilin, 0.5 armudu st duru yağ (6x.q), 0.5 st süd, 2 st un ( st ölçüsü 200ml), 1 paket qabartma tozu, 2x.q kakao
Krem üçün, 250 qr kərə yağı 1 banka qatılaşmış süd, qoz ləpəsi 70 qr

Hazırlanma qaydası:

Xəmiri hazırlayacağımız qaba yumurtaları və şəkər tozunu əlavə edib mikserlə çalırıq. Bir az çalıb içinə vanili, duru yağı və südü töküb qarışdırırıq. Sonra ələk götürürük içərisinə unu qabartma tozunu və kakaonu əlavə edib mikserlə qarışıma əlavə edirik. Unu qarışıma 2-3 dəfəyə qarışdıra-qarışdıra qatırıq. Xəmiri hazır etdikdən sonra tortu bişirəcəyimiz qaba yapışmayan yağlı kağız qoyub üzərinə xəmiri əlavə edirik. Daha sonra xəmiri listin hər yanına eyni qayda ilə yayıb qoyuruq sobaya. Tort bişənə kimi kremi hazırlayırıq.
Krem üçün ilk öncə yağı ağarana qədər çalırıq. Sonra qatılaşdırılmış südü əlavə edirik və krem halına salıb, bişmiş tortun üzərinə çəkirik. Daha sonra üzərini qozla bəzəyib servs edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.