Kulinariya

Tərxun limonadı - Usta öz sirlərini açır - VİDEO

2 Sentyabr 2019 20:34
2 Şərh     Baxış: 3 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Lent.az-a istinadən maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "lavanda618" adı ilə məşhur olan səhifəyə istinadla tərxun limonadının resepti ilə tanış edəcəyik.

Tərkibi:

1 dəstə tərxun, 1 limon, 150 qram şəkər tozu, 2 litr su

Hazırlanma qaydası:

Ərzaqları yuyuruq. Limonu bölüb sıxırıq limonadı hazırlayacağımız qaba. Şəkər tozunu əlavə edirik. Sonra tərxunu doğrayıb üzərinə qaynanmış ilıq su tökürük. 5-10 dəqiqədən sonra süzgəci limon suyunu tökdüyümüz qabın üzərinə qoyub tərxunun suyunu da əlavə edirik. Limonadı qarışdırıb servis edirik.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.