Kulinariya

Dəvə ətinin faydaları və DADLI RESEPT

14 Avqust 2019 20:58
5 Şərh     Baxış: 796

Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılıb. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır. Səfərə çıxanlar özləri ilə həmişə dəvə götürürlərmiş. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi, həm də qida kimi istifadə ediblər.

Milli.Az medicina.az-a istinadən əksər dünya mətbəxində yayılan bu ətin faydalarını təqdim edir. 

Qədim zamanlarda İran və Romada dəvə ətindən delikates kimi istifadə edilib. Monqolustanda onun yağından istifadə olunub. Yaxın Şərqdə, Şimali Afrikada və Orta Asiyada dəvə ətindən daha çox istifadə edilir. Şərq ölkələrində dəvə ətinin impotensiyanı aradan qaldırması haqda söyləntilər var.
Qida sənayesində dəvə ətinin qovurmasından, kartof ilə bişirilmiş sousundan, delikates kimi istifadə edilir. Ondan dadlı qutab hazırlanır. Bəzi ölkələrin gündəlik qida rasionunda dəvə ətindən istifadə edilir. Ərəb ölkələrində dəvə ətindən müxtəlif dadlı yeməklər bişirilir. Dəvə ətini müxtəlif tərəvəzlər və göyərtilərlə qarışdırıb dadlı yeməklər hazırlamaq olur. Dəvə ətinin 100 qramında 160,2 qram kalori var. Onu bişirdikdə isə bu rəqəm 230 qrama qədər yüksəlir.
 
100 qram dəvə ətinin qüda dəyəri:
 
- Zülallar - 18,9 qr
- Yağlar - 9,4 qr
- Su - 70,7 qr
- Kalori - 160,2 kKal.
 
Dəvə ətinin tərkibi kalium, fosfor, maqnium, B1, B2, PP, B9, C, A və E vitaminləri ilə zəngindir. Dəvə ətinin tərkibində olan xüsusi kimyəvi maddələr onun qiymətli olmasını sübut edir. Dəvə ətində olan züllalar və yağların tərkibində xolesterin azdır. Dəvə ətinin tərkibindəki bioloji aktiv maddələrin olması onu dietoloqların xüsusi tərtib olunmuş dietalarına daxil edib. Dəvə əti ən yaxşı dietik ətlərdən biri sayılır. Dəvə ətinin tərkibi mikroelementlər və dəmirlə zəngindir. Onun tərkibindəki dəmir orqanizm tərəfindən asanlıqla sorulur. Bu səbəbdən də uşaqlara dəvə əti yedirməkdə fayda var. Bu qida onların inkişafına müsbət təsir edir və orqanizmlərinin infeksion xəstəliklərə qarşı müdafiə qüvvəsini artırır. Tərkibində olan kalsium və sink hüceyrələrin inkişafını sürətləndirir, saçları möhkəmləndirir və parlaq edir. Dəvə əti yemək dəri, selikli qişa və qan xəstəlikləri zamanı çox faydalıddır. Dəvə əti yemək qan azlığını aradan qaldırır, orqanizmin müdafiə qüvvəsini artırır, həzmi sürətləndirir. Onun tərkibində olan mikroelementlər qanda şəkərin miqdarını idarə edir. O iltihab əleyhinə, antioksidant, immun sistemi yüksəldici təsirə malikdir.
 
Dəvə ətinin qaraciyərində və böyrəklərində isə riboflovinin və B2 vitamininin miqdarı çox yüksəkdir. Bu orqanizmdə bütün orqanların işinə təsir edir və onların fəaliyyətini sürətləndirir.  Dəvə əti yemək anemiyanın əlamətlərinin azalmasına səbəb olur. Ondan dadlı qutab bişirilir. Dəvə ətindən hazırlanan kotletlərin dadı çox gözəl olur. Dəvə ətinindan hazırlanan basdırmanın dadından isə doymaq mümkün deyil. Dəvə ətində aşağıdakı reseptlə dadlı paştet hazırlanır:
 
Lazım olanlar:
 
- 250 qram ət
- 40 qram göbələk
- 30 qram quyruq
- 1 baş soğan
- soya çubuqları
- soya sousu
- şərab
- sirkə.
 
Paşteti hazırlamaq üçün ət yuyulur və 30 dəqiqə ərzində bişirilir. Sonra o sümüklərdən azad edilir,soğan, zəncəfil kökü əlavə edilir və yenidən bişirilir. Ətin suyu çəkilib quru qaldığı zaman ona göbələk və üyüdülmüş quyruq əlavə edilir və qarışdırırlır. Sonra duz, istiot, şərab, sous və sirkə əlavə edilib yenidən 20 dəqiqə bişirilir. Zövqə görə keşniş əlavə edilir.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    !!!!!!! · 14 Avqust 21:0424

    Heç də dadlı deyil. Dəvə əti şirin olur

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Avqust 21:2730

    Deve etini ilk defe yeyende bilmemishem))) beyenenden sonra deyibler ki, deve etidir. Chepish etini de mene 1 ay wuzu adiyla yedirdibler kendde))) Bakiya geldiyimiz gun babam dedi ki, chepish etidi yediyin)))

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 14 Avqust 22:0730

      )))))

      Cavab yaz
  • Anonim
    asi · 14 Avqust 23:4743

    Dəvə ətini yeməmişəm..Amma başqa heyvanlardan ayı, su samuru, qaban ətinin dadına baxmışam).. Los ətini isə, çox sevirəm, həmişə işlədirəm, çox dadlı olur..Ondan qalan milli mətbəximizdə işlənən ətləri yemişəm, quş ətləri də daxil..

    Cavab yaz
    • Anonim
      Ulya · 15 Avqust 19:3020

      Maral ve ceyran etini men de sevirem))) men metbexte bilmediyim.dadlara chox da risk etmirem, evdrkilere hazirlayiram ozum yemirem CeyrN etini de qusarda yuxarida qeyd etdiyim eyni qaydada yedirdibler mene))))

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.