Kulinariya

Gül kələmi və brokollidən salat - Uşaqlara da hazırlayın

10 İyun 2019 22:22
0 Şərh     Baxış: 2 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gül kələmi, brokkoli azərbaycanlıların mətbəxinə son bir neçə ildə aktiv daxil olub. Hələ də çox xanımlar ondan nə hazırlayacaqlarını bilmir, ailə üzvləri isə dadsızdır deyib yemir.

Milli.Az medicina.az-a istinadən həm uşaqlar, həm zərif olmaq üçün qadınlara vacib, bu  2 kələm növündən olan salat reseptini təqdim edir. Kişilər bəyənməsə də olar.

Ərzaqlar:

Soğan -1 ədəd
Kiçik brokkoli
Kiçik gül kələmi
Duz, istiot
Sous üçün: xama, mayonez - hərəsindən 3 qaşıq

Hazırlanması:

Kələmlər yuyulur, bütöv halda qaynar suya salınıb, 2 dəqiqə saxlanılır, sonra gül hissələri gödvədən kiçik hissələrə ayrılır. Soğan da yarımhalqa doğranılıb, qarışdırılıb, duz-istiot vurulur. 

Xama ilə mayonez qatılır, istəsəniz içinə sarımsaq, paprika, göyərti əlavə edirsiz. 
Bu sous salata qatılıb, qarışdırılır.

15 dəqiqə kənarda saxlayın ki, sous hopsun ki, salat bərk olmasın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.