Kulinariya

Kələmdən kotlet - Ətdən dadlıdır - RESEPT

10 İyun 2019 21:54
8 Şərh     Baxış: 5 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orucluqdan sonra sürətlə ağır ət qidalarına keçməyin. Həm də yayda ət yemək orqanizm üçün faydalı deyil. Kələmdən yüngül dietik kotletlər bütün ailənin xoşuna gələcək.

Milli.Az medicina.az-a istinadən həmin resepti təqdim edir:

Ərzaqlar:

Kələm -1 kq
Soğan -1 ədəd
Mannı - 100 qr
Un - 100 qr
Sarımsaq - 2 diş
Şüyüd -1 dəstə
Sixarı -2 qaşıq
Duz, istiot

Hazırlanması:

Qazanda su qaynadıb, duz tökün.

Təzə kələmi 4 yerə bölüb, suda 10 dəqiqə bişirin.

Sudan çıxarıb, suyu süzüləndən sonra ətçəkəndən və ya blenderdən keçirin. Suyunu sıxırsız, bir azca sulu qalmalıdır.

Göyərti, soğan və sarımsaq xırda doğranılır.

Bunlar kələmə qatılır, duz, istiot vurulub qarışdırılır.

Un və mannı tədricən, aramla əlavə edilir. Bərabər qarışmış kütlə alınmalıdır.

Farş 10 dəqiqə kənarda saxlanılır.

Kotlet forması verilib, suxarıda batırılıb, yağda qızardılır.

Süfrəyə sous, ketçupla verilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.