Kulinariya

Təzə kartof və yaşıl xiyardan yaz salatı - Hazırlanma qaydası

20 May 2019 22:38
0 Şərh     Baxış: 5 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az medicina.az-a istinadən bildirir ki, yaz-yay aylarında yeməklər tərəvəzlərdən, təzə ərzaqlardan olmalıdır. Təzə xiyar, kartof, göyərti boldur. Nə hazırlayacağını bilmirsizsə, bu rus salatını sınayın.

Ərzaqlar:

Kartof - 5 ədəd
Duzlu xiyar -1 ədəd
Təzə xiyar -2 ədəd
Qırmızı turp - 2 ədəd
Yumurta -2 ədəd
Qırmızı soğan -1 ədəd
Göyərtilər - keşniş, şüyüd
Zeytun yağı -4 x.q
Limon şirəsi -2 x.q
Duz, istiot

Hazırlanması:

Kartof və yumurta xeyli öncədən bişirilib, soyuducuda soyudulur.

Qalan ərzaqlar kub formasında doğranılır. Kartof, yumurta da doğranılıb qatılır. Zeytun yağına limon sıxıb salata gəzdirilir. Duz, istiot səpilib qarışdırılır. Sonra narin göyərti səpilir.

Soyuducuda 30 dəqiqə saxlayıb, sonra nuş edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.