Kulinariya

Soyuq havaların yeməyi - Dadlı xəngəl necə hazırlanır? - VİDEO

7 Oktyabr 2018 20:28
25 Şərh     Baxış: 10 019

Havalar soyudu, xəngəlin mövsümü başladı.

Milli.Az bildirir ki, artıq bir neçə gündür xəngəl verilən restoran və kafelərdə boş yer tapmaq olmur. Amma xəngəli yemək üçün restorana getmək vacib deyil. Çünki bu yeməyi evdə də hazırlaya bilərsiz. Bəs əla xəngəl necə hazırlanır? /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Soyuq havaların yeməyi - Dadlı xəngəl necə hazırlanır?

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Tovuzlu E · 7 Oktyabr 2018 20:4022

    En sevdiyim yemeklerden biri yarpaq xengelidi Sarimsaq, alca turşusu, soğanlı pomidoru bismis şekilde vururum Off lap yemek istedim

    Cavab yaz
  • Anonim
    asi · 7 Oktyabr 2018 20:4930

    Milli xəngəlimiz də gürcü xəngəli də dadlıdı).Hər ikisini xoşlayıram, bişirməyi daha çox)..

    Cavab yaz
    • Anonim
      Əsranur · 7 Oktyabr 2018 21:1041

      Mən də yarpaq xəngəli sevirəm,asi.Gürcü xəngəlinin qiyməsi çiy olur deyə,yeyə bilmirəm.Bir də,o boğça yeri bərk olur deyə,mənlik deyil.

      Cavab yaz
      • Anonim
        Daglı · 7 Oktyabr 2018 21:2320

        Axşamınız xeyir. Əsranur o saat Bakılıların xingalını önə çəkdi.Deyirlər yarpaq xingalı Bakı mətbəxiniə aiddir Siz hələ çeçen ximgalın prob eliyin,görün onlar necə bişirir,Жижиг галнаш deyir onlar, чеченские галушки с мясом)

        Cavab yaz
        • Anonim
          asi · 7 Oktyabr 2018 21:5110

          Çeçenlərin jijiq qalanş dedikləri yemək bizim sürhüllü dediyimiz yeməkdi, Qaxda daha çox bişirirlər). Hazırlamışam onu, o da dadlıdı.Amma xingəldən əziyyətlidi).Qafqaz xalqlarının hamısının mətbəxində xəngəl var. Biraz fərqli olsa da, hamısı xəngəl adlanır.Yutubdan bir neçəsini baxıb prob eləmişəm).

          Cavab yaz
      • Anonim
        asi · 7 Oktyabr 2018 21:5410

        Mən hamısını xoşlayıram)).. Yarpaq xəngəlı süzülmüş formadan əlavə sulu xəngəl deyilən formada bişirirəm..Onda yarpaqları kiçik kəsirəm..

        Cavab yaz
        • Anonim
          ) · 7 Oktyabr 2018 22:4700

          Nuş olsun. Sənin ikinci vətənindən korolyok gətirmişəm)

          Cavab yaz
    • Anonim
      $.$.$. · 7 Oktyabr 2018 21:1832

      Əllərinizə saqlıq. Kim bişirə bilir Nuş olsun ! Biz Bakılılar da cox xoşlayırıq xəmir xörəklərini. Anam bizi bu cur dadlı təamlarla sevindirir. Qazax Tovuz zonası xəngəli qrudla yeyirlər qışda. Qrud suzulmuş qatıqdan hazırlanır və gunəş altında qurudulur qışa saxlanır. İstifadə etdikdə suda istadılıb xəngəlin ustunə tökulub yeyilir. Cox fərqli və dadlı dadı var qurudun.

      Cavab yaz
      • Anonim
        orxideya · 7 Oktyabr 2018 21:3420

        Axşamin xeyir, $.$.$. qurud təbii süzmədən hazirlanir. Mən şəxsən hər yay hazirlayiram.

        Cavab yaz
  • Anonim
    orxideya · 7 Oktyabr 2018 21:1830

    Bizim zona yayma xəngəli halqa-halqa doğranmiş kartofla edir. Soğancaya tomad vurulmur. Ya sadə qizardilmiş soğan, ya cizdaqli soğan, ya didilimiş toyuq soğanla qizardilir. Sarimsaqli qatiq əvəzinə qurutdan istifadə olunur.

    Cavab yaz
  • Anonim
    Samire · 7 Oktyabr 2018 21:5510

    Yarpaq Xengeli, Qazax, Gürcüstan bölgesinin insanlarinin yemeyidi..Onlar çox vaxt yarpaq xengelinin üzerine yağda qizarmiş soğança vururlar..Amma yarpaq xengelinin üzerine, xirda xirda doğranmiş et,söğanla yağda qizarmiş halda daha dadli, geşeng olur..Menim anam bu cüre bişirir...

    Cavab yaz
  • Anonim
    Aydlndl · 7 Oktyabr 2018 21:5903

    Hech xowum gelmir.kokeldir

    Cavab yaz
    • Anonim
      $.$.$. · 7 Oktyabr 2018 22:2331

      Axşamınız xeyir Orxideya xanım. Suzməni elə qatıqdan hazırlayırlar. Bilməmiş olmazsınız. Atamın Sumqayıtda Qubadlılı dostu var hər il bizə pay verirlər o quruddan. Saq olsunlar. Sizə də bal afiyət olsun hazırladıqlarınız. Hamının sufrəsi bol ruzili olsun. Amin !

      Cavab yaz
    • Anonim
      $.$.$. · 7 Oktyabr 2018 22:2551

      Arada yemək olar. Xəmir xörəklərini gunorta yemək lazımdır ki axşama qədər hərəkət edib yediklərimizin kolorisini yandıraq. Yoxsa kökələrik.

      Cavab yaz
    • Anonim
      Aydlndlya 290 ball · 7 Oktyabr 2018 23:1801

      Salam axwamin xeyri eziz qardasim necesen ..Neynirsen islerin nece gedir ?Inan Allahmiza seni axtarirdim sukur tapdim darixmisdim senicin ..Aileniz necedi salam de menden .Islerinde sene ugurlar arzu edirem can

      Cavab yaz
      • Anonim
        Aydlndl · 8 Oktyabr 2018 11:5200

        Salam menim ezizim.Eleykume deyerem.yaxwlyam haml da yaxwldl.siz necesiz?Hamlya menden xiw sozler chatdir.Gelsez xeber edesen hokmen.yaxwl?

        Cavab yaz
  • Anonim
    ƏSİ. · 7 Oktyabr 2018 22:4522

    Yeyə bilmərəm,xoşlamıram da.Düşbərə yeyərəm uzaqbaşı bakılıların düşbərəsindən.O da arada bir.Ağır yeməklərdir.Qışda isti yemək kimi bizim zonanın qovurmalı ələəzli,əvəlikli kəsmə əriştəli umacının əvəzi yoxdur:).

    Cavab yaz
    • Anonim
      Daglı · 7 Oktyabr 2018 22:5410

      Sizin qavurmanız agır yemək deyil bəs?)

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 7 Oktyabr 2018 23:3820

        Quyruqla qovurulanda onu da sevmirəm,kərə yağında ocaqda qovurub 40 gün saxladınmı tam mən deyən olur:).Onu da ki,,təzələyib yeyəndə ağır olur amma sümüklü tikalərindən sulu yemək hazırlayanda ağır olmur,dadlı olur.Noxud ləpəsilə souzu məsələn,umacı,çəkməplovu:)

        Cavab yaz
        • Anonim
          Daglı · 7 Oktyabr 2018 23:4910

          Ürəyim istədi lap, sabah görüm kimdə var yerlilərindən)

          Cavab yaz
          • Anonim
            ƏSİ:) · 7 Oktyabr 2018 23:5700

            Doğurdanda,gecə gecə:))Biz tərəfdəndilərsə mütləq olar.

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 7 Oktyabr 2018 23:0033

    Hec xoslamiram mamamin en sevimli yemeyi ozu de sarimsaqli qatiq tokur ustune yeyir eseblesirem ..

    Cavab yaz
  • Anonim
    Qaxli · 7 Oktyabr 2018 23:5760

    Hava soyuyan kimi xəmir xörəkləri işə düşür bizdə...sürhüllü..xingili..girs..xəngəl..buğellenbi...bəh bəh...yeyirik heç həyət bacada işimizi görürük şükür kökəlmə problemimzdə yoxdu...

    Cavab yaz
  • Anonim
    orxideya · 8 Oktyabr 2018 10:3620

    $.$.$. Doğru. Süzməni ev şəraitində qatiqdan da hazirlamaq olar, hazir şəkildədə almaq olar. Qatiği da hazir almaq olar, ev şəraitində süddən də hazirlamaq olar.))) Amma mən təbii süzməni Qərb rayonlarinda yaşayan dost-tanişdan aliram. Süzmə nə qədər yağli olarsa, qurut bir o qədər dadli olar. Hər süzmənin qurutu və hər adamin hazirladiği qurut dadli olmur. Maye halina salinmiş qurutu işgənə, əvəlik istisi, qaşiq xəngəli və s. sulu yeməkləri süfrəyə verərkən də zövqə görə stifadə edirlər. Baki mətbəxində ən çox Xilə qutabini sevirəm. Biz qutaba kətə deyirik və sacda iri hazirlayiriq. Hərəsinin öz yeri.Sənə də bütün təamlari ağiz şirinliyi ilə dadmaği arzulayiram.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 8 Oktyabr 2018 14:0820

      Salam. Siyəzən rayonunda xanımların hazırladıqı kətədən hec yerdə hazırlaya bilməzlər. Cox dadlı bişirirlər kətələri və lavaşları. Anam onlardan bu kətənin xəmirinin reseptini alıb bizə də hazırlayır. Xilə qutabı da dadlıdır amma sac ustə otda bişən kətənin dadı tam başqadır. Anam qonşularla ayda iki dəfə bişirirlər bu böyuk kətələrdən sarımsaq qatıqla ləzzət edir. Qutab oldu kətə oldu duşbərə olmasa olmur. Adından bilinir elə. DUŞBƏRƏ - QUTAB. NUŞ OLSUN !

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.