Kulinariya

Şorba hazırlayarkən köməyinizə çatacaq kiçik hiylələr

26 Sentyabr 2018 07:00
5 Şərh     Baxış: 9 775

Əziz xanımlar, heç düşünmüsünüz ki, ət bişirərkən suyun üzərinə yığılan kəf nədən xəbər verir?

Milli.Az kulinarlar üçün çox faydalı yazını təqdim edir.

Əslində əti suda qaynadarkən yaranan köpük kütləsi zülaldır. Su qaynayarkən ətin tərkibindəki zülal və mineral duzlar əriyib, kəfə çevrilir və suya qarışır. Əgər ət bişirərkən həlimli bulyona ehtiyacınız olmayacaqsa, əti qaynar suya qoyub bişirin. Əksinə, həlimli və dadlı bulyon istəyirsinizsə, əti soyuq suya atıb, bişirin. Suyun üzərinə yığılan köpük kütləsini tez yığmağa tələsməyin. Çünki, bu kütlənin tərkibində, bulyonunuzu daha da faydalı edəcək, qida maddələri var. Həmçinin kəfin daşmağını istəmirsinizsə, ət qaynadarkən içinə qabığı soyulmuş bütov soğan qoyun. Sonda soğanı atın. Həmçinin nəzərinizə çatdıraq ki, çox tünd rəngli kəf ətin ifraz olmuş qanıdır. Onu tez təmizləmək vacibdir.

Şorba hazırlayarkən köməyinizə çatacaq kiçik hiylələr:

Şorbanın bulyonu çox duzlu alınıbsa, içinə tənzifə bükülmüş 1 ovuc düyü qoyun. Düyü duzu özünə çəkəcək. Yadda saxlamaq lazımdır ki, yüksək odda bişən zaman ət, aşağı dərəcədə bişən vaxt isə, bulyon daha ləzzətli olacaq. Ətli bulyona duzu, ət tam bişmədən 30 dəqiqə əvvəl, balıq şorbasına isə elə bişməyə qoyan kimi səpmək lazımdır.

Şorbanın kəfi suyun dibinə enibsə, üzülməyin. Qazana 1 stəkan soyuq su tökün. Kəf suyun üzünə çıxan kimi təmizləyin. Şorbanı bişirərkən, içinə dəfnə yarpağı atmısınızsa, hazır olan kimi, yarpağı çıxardın.

Şorbanıza xüsusi ətir və rəng qatmaq istəyirsinizsə, içinə qaynadılmış soğan qabığının suyunu əlavə edin. Bu həm də bir çox xəstəliklərə faydalıdır. Şorbaya 1 neçə qaşıq ələnmiş un töksəniz, daha doyumlu olacaq. Eləcə də, C vitamini parçalanmayacaq. İstəyirsinizmi bulyonunuz çox dadlı alınsın. O zaman, bulyon, bişər-bişməz içinə 1 diş əzilmiş sarımsaq atın. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Mewedi fazil · 26 Sentyabr 2018 14:1356

    İndi asi gelib....basacaq beledi eledi

    Cavab yaz
    • Anonim
      asi · 26 Sentyabr 2018 17:4863

      Əşşi məşədisən, kərbəlayısan,həcisən nəsən cəhənnəm ol burdan.Avara..

      Cavab yaz
    • Anonim
      İsmarıc · 27 Sentyabr 2018 18:4012

      Ördək qaz yerişi yerimək istədi, öz yerişinidə unutdu. Çaqqalda gərək çaqqallığında qalsın,tulalıq etməsin. Əkis halda hər ikisindən avara qalıb zibillik iti olacaq.

      Cavab yaz
  • Anonim
    asi · 29 Sentyabr 2018 10:1602

    Salamlar..Resept verilibmiş və hətta mənim adım ilə məşədiyə cvb da yazıblarmış). Mənim isə, indi xəbərim var).. Məşədi yuxarıda cükküldəməyində olsun, mən reseptlə bağlı bir fikir yazım..Birincisi soğanı elə ətin içinə qabıqlı şəkildə bütöv atmaq lazımdı, yuyandan sonra..Qabığın soymuram mən..Sonra isə, şorbaya əlavə edəcəyiniz göyərtini iri doğrayın yığın dərin bir boşqabın içinə, 1-2 diş də sarımsaq əlavə edin..Sonra üzərinə bir az duz töküb stəkanla yaxşıca əzin sarımsaq göyərti qarışsın bir birinə..Bu şəkildə əlavə edin şorbaya.Belə etdikdə çox dadlı olur, inanın). Birdə istəyən biraz limon suyu əlavə edə bilər..Mən artıq şorbalara göyərtini bu üsulla əlavə edirəm, neçə ildi)..

    Cavab yaz
    • Anonim
      Oxucu · 29 Oktyabr 2018 15:5620

      Bəs soğanı qabıqlı atanda yeməyin dadını qaçırtmaz? Nədə olmasa soyulmamış vəziyyətdə içini bimirik, qarası, çürüyü ola bilər içində. Birdə mən bilmək istəyirəm ki, kəfi vaxtında yığmayanda, yada təmiz yığa bilməyəndə ki qazanın kənarlarına hopur kəf, onu necə təmizləmək olar? qazanı dəyşmədən, yeməyə də zərər vurmadan. mizğ

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.