Kulinariya

Tez hazırlanan salatlar

6 Avqust 2018 07:00
4 Şərh     Baxış: 6 226

Yay günlərində isti yeməklərdən çox, tez və asan hazırlanan soyuq qəlyanaltılara ehtiyac duyulur.

Milli.Az axşam.az-a istinadən bu dəfə tez hazırlanan salatları sizə təqdim edir:

"Ledi" salatı
Tərkibi:

200 qr. toyuq filesi
200 qr. konservləşdirilmiş noxud
2 təzə xiyar
2 duzlu xiyar 
1 dəstə şüyüd
Duz, istiot, mayonez

Hazırlanması:

Qaynadılmış toyuq filesini, xiyarı və şüyüdü doğradıqdan sonra sayılan bütün ərzaqları qarışdırın. Zövqə görə duz və istiot əlavə edin.

Krab salatı

Tərkibi:

200 qr. krab çubuqları
2-3 diş sarımsaq
3 yumurta
150 qr holland pendiri
Mayonez

Hazırlanması:

Krab çubuqları və yumurtanı kub şəklində doğrayın. Sarımsağı əzin. Pendiri də sürtgəcdən keçirdikdən sonra mayonez əlavə edib qarışdırın.

Özbəkistan salatı

Tərkibi:

1 ağ turp
300 qr. bişmiş ət
1 kiçik baş soğan
1 dəstə keşniş
Mayonez, duz, istiot

Hazırlanması:

Turpu sürtgəcdən keçirdikdən sonra yumurta və əti kub şəklində doğrayın. Soğanı bitki yağında yumşalana qədər qızardın və yağını süzün. Ardınca digər ərzaqları da bir-birinə qarışdırın. Zövqə görə duz istiot əlavə edin.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    asi · 6 Avqust 2018 09:0710

    Salamlar..Birinci resept paytaxt salatının yarımçıq formasıdı.O biriləri də heç..Mənim zövqümə görə deyil)..

    Cavab yaz
    • Anonim
      Asiye · 9 Avqust 2018 11:0202

      Dur burdan

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Avqust 2018 09:2925

    Salam metbex ehli Ele bir az yaxsisi 1-cidi Sarimsaq öldür dilime vurmaram o birisinde de turp var hec vaxt yemediyim

    Cavab yaz
  • Anonim
    İka.e · 8 Avqust 2018 10:0000

    Nece muddet sonra ele bu??

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.