Kulinariya

15 dəqiqəyə hazırlaya biləcəyiniz şirniyyat reseptləri

25 İyul 2018 07:00
13 Şərh     Baxış: 4 886

Bəzi xanımlar vaxtlarının çox hissəsini mətbəxdə keçirməyi sevsələr də, bəzilərinin buna zamanı olmur. Lakin övladının şirniyyat ehtiyacını tez bir zamanda qarşılamaq istəyən valideynlər də az deyil.

Milli.Az axşam.az-a istinadən cəmi 15 dəqiqədə hazırlaya biləcəyiniz asan, lakin çox dadlı şirniyyat reseptlərini təqdim edirik:

1. Banan və şokoladlı tost

Lazım olan məmulatlar:
4 dilim tost çörəyi
1 xörək qaşığı kərə yağı
80 qram şokolad
1 ədəd banan

Hazırlanması:

Tost çörəklərinin bi tərəfinə kərə yağı çəkin. Kərə yağı daha yaxşı ərisin deyə tost çörəklərini öncədən azacıq isidin. Yağlanmış çörək dilimlərini qaynar tavada, orta istilikdə üzəri qızılı rəng alana qədər qızardın. Bananı qalın dilimlər şəklində kəsin. Kərə yağında qızardılmış dilimləri bir boşqaba qoyun və üzərinə öncə şokolad parçalarını, daha sonra isə banan dilimlərini yerləşdirin. Digər çörək dilimi ilə üzərini örtün. Şokolad parçalarının tam əriməsi üçün hazır məhsulu tost maşınında basın. Qaba servis edərkən üzərinə şəkər kirşanı əlavə edin.

2. Kök keksi

Lazım olan ərzaqlar:

6 ədəd böyük ölçülü kök
10 ədəd xurma
3 xörək qaşığı aqava siropu
2 xörək qaşığı yulaf əzməsi
2 xörək qaşığı kətan toxumu
1 çay qaşığı qoz ləpəsi
1 xörək qaşığı darçın

Hazırlanma qaydası:

Köklərin qabıqlarını təmizləyin, iri dilimlərə bölün. Xurmaların tumlarını çıxarıb kiçik parçalara ayırın. Qoz ləpələrini kiçik parçalara bölün. Daha sonra bütün məhsulları birləşdirin. Üzərinə yulaf əzməsi, aqave siropu və darçını da əlavə edin və bütün məhsulları yaxşıca qarışdırın. Hazırladığınız qarışımı istədiyiniz qəliblərə yerləşdirib 10 dəqiqə soyuducuda saxlayın. Üzərinə rəndələnmiş kakos əlavə edin.

3. Vişnəli "cheesecake smoothie" resepti

Lazım olan məmulatlar:

1 stəkan dondurulmuş vişnə
1 ədəd banan
2 stəkan süd
4 xörək qaşığı krem pendir
6 ədəd peçenye

Hazırlanması:

Bananın qabıqlarını soyun və soyuducuda dondurun. Donduqdan sonra çıxarın və dondurulmuş vişnə, labne və süd ilə birlikdə blenderdə əzin. Süfrəyə təqdim edəcəyiniz şüşə qəliblərə alınan qarışığı doldurun və üzərinə əlinizlə ovduğunuz peçenye parçalarını əlavə edin. Üzərinə meyvə parçaları əlavə edərək də təqdim edə bilərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    İka.e · 25 İyul 2018 08:2320

    sabahımız xeyir.şəkli dəyişib köhnə reseptlərlə başımızı qatmayın)

    Cavab yaz
  • Anonim
    asi · 25 İyul 2018 10:5420

    Hamıya salam.Bu bananlı tostun şəklini dəyişib nə qədər yazarlarmış)). Deyəsən havaların isti keçməsi və mövsüm meyvələrin çoxluğu banan bazarına ciddi ziyan vurub..Nəsə güclü reklamı gedir bananın))). Yanımızda 49 rubldu kilosu, amma alan yoxdu..Hamı 199 rubla şaftalı alır))) Sizi başa düşürəm))..

    Cavab yaz
  • Anonim
    asi · 25 İyul 2018 11:0610

    Gəlin mən sizə dünən bişirdiyim piroqun reseptini yazım.Resept yutubdan Вика-простые ресепты kanalındandı, ordan baxıb bişirmişəm.100 qr bərk kərə yağı ilə 200 qr unu əlinizlə ovub umac edin.Üstə 100 qr pesok, 1 yumurta, 1, 5 çq qab.tozu əlavə edib xəmir edin.Xəmiri əlinizlə çoxlu qarışdırı ki, elastik olsun.Əvvəlcə adama quru görsənir, qarışdırdıqca yumşaq elastik olur..Sonra 500 qr kəsmik, 1 yumurta, 100 qr pesok( mən 150 götürdüm), 1 yumuetanı mikser ya blendirlə qarışdırın yaxşı.Reseptdə nişasta yoxdu, amma mən başqa oxşar reseptə əsasən 1 xq nişasta qatdım.Bişəndən sonra kəsmik hissəsi yaxşı tutsun deyə, bir növ quş südü tortu kimi olsun). Sonra xəmiri formaya yayın kənarlarını da yarıya qədər örtün, elə bil ki xəmirdən qab kimi olur). Sonra kəsmiyi əlavə edin xəmirin üstə.Ən üstə də meyvə.Videoda moruqdu, siz də hansın istəsəz)). Bişirin.Dadlı və fərqlidi.Qaranti verirəm)).

    Cavab yaz
    • Anonim
      asi · 25 İyul 2018 11:1410

      Içlikdə 100 qr smetan var, çaşıb iki dəfə yumurta yazmışam əvəzinə)..100 qr smetan, 1 yumurta

      Cavab yaz
    • Anonim
      İka.e · 25 İyul 2018 11:2010

      maraqlı reseptdi asi təşəkkür.bir növ tart kimi olar məncə hazırlamaga dəyər

      Cavab yaz
      • Anonim
        asi · 25 İyul 2018 11:2900

        Hə maraqlıdı, həm də dadlıdı.Mən bir həftədə ikinci dəfə bişirdim dünən.Mövsümə uyğun meyvəli).Istidə başqa şirniyyatlar kimi adama təsir etmir.Soyuq halda soyuducudan çıxarıb yeyəndə lap yaxşı olur)..

        Cavab yaz
      • Anonim
        asi · 25 İyul 2018 11:3100

        Kanala girib baxsan orda daha aydındı.Adı tvorojnıy piroq s malinoy-du rusca)...

        Cavab yaz
        • Anonim
          İka.e · 25 İyul 2018 12:3210

          aha baxacam çox sagol

          Cavab yaz
  • Anonim
    Daglı · 25 İyul 2018 13:4515

    Kim bu mənim üçün bu dostu hazırlayıb qonaq edə bilər? Ajınnan olürəm,imkanım da yoxdu bu cür şirniyyat alıb yeməyə.Kasıb oglanam də neyniyim.

    Cavab yaz
  • Anonim
    ! · 25 İyul 2018 21:1322

    Daglının adından yazan cındırın səviyyəsi yoxdur!

    Cavab yaz
    • Anonim
      dağlıya · 25 İyul 2018 21:2611

      bu saytda səndən başqa cındır adam yoxdur

      Cavab yaz
      • Anonim
        sema · 26 İyul 2018 08:4220

        Düzdür bir vaxt sürünürdüm izinlə.Bəlkə onda fəxr edirdin özünlə. İndi sənsn həsrət çəkən gözünlə.Daha səni sevməyimi gözləmə. İndi daha nə mən mənəm nə sən sən.Nədə sənə dəyər verim nəsən sən.Nə mələksən nə də göydən düşənsən.Daha səni sevməyimi gözləmə.Sən görmədin nə yaşadım əlindən Nələr etdim sənin üçün nələr mən.Ölüb artıq o darıxan o sevən. Daha səni sevməyimi gözləmə.

        Cavab yaz
  • Anonim
    M · 12 Avqust 2018 15:0100

    Men masmavi mutdaka baxiram basqa reseptnen maraxlanmiram

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.