Kulinariya

Asan hazırlanan pudinq

23 İyul 2018 07:00
18 Şərh     Baxış: 4 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsti yay günlərində asan  və tez hazırlanan sərin təamlara ehtiyac duyulur. O zaman bu çiyələkli pudinq tam sizə uyğundur.

Milli.Az axşam.az-a istinadən çiyələkli pudinqin hazırlanma qaydasını sizlərə təqdim edir:

Tərkibi:

500 qr çiyələk

4 stəkan süd

2 stəkan şəkər tozu

1 çay qaşığı kərə yağı

2 çay qaşığı nişasta

1 xörək qaşığı limon likörü

1 paket vanil

1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

Südü bi qazana tökün. Ardınca çiyələkləri də əlavə edib 10 dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirin. Şəkər tozu və yağı da töküb 5 dəqiqə qaynadın. Nişastanı  qatıb qatılaşana qədər gözlədikdən sonra isə likör, vanil və yumurta sarısını da əlavə edin. Pudinqi hazırladığınız qazanı su ilə dolu başqa bir qazanın içinə qoyun. 30 dəqiqə qaynadıb pudinqi çiyələklərlə bəzəyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.