Kulinariya

Ev şəraitində şokoladlı plombir

6 İyul 2018 07:00
15 Şərh     Baxış: 4 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu isti yay günlərində yegənə xilaskarımız sərinləşdirici içkilər və soyuq dondurmalardır. Milli.Az asan və dadlı şokoladlı plombir reseptini təqdim edir.

Tərkibi:

1 stəkan süd

400 qr şəkər tozu

100 qr şokolad

6 ədəd yumurta sarısı

3 stəkan yağlı qaymaq

Hazırlanma qaydası:

Süd, şəkər tozu və yumurta sarılarını bir qabda su hamamına qoyun.

Üzərinə şokoladı sındırıb əlavə edin. Bu qarışığı qatılaşanadək qarışdırın.

Qarışığı soyudun və möhkəm çalınmış qaymaqla birləşdirin.

Qarışığı yaxşıca qarışdırın və dondurma formalarına yaxudda sadə qabda soyuducuya yerləşdirin.

Zövqə görə dondurmanı süfrəyə meyvə dilimləri ilə verə bilərsiniz. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.