Kulinariya

İftara bunları hazırlaya bilərsiniz

11 İyun 2018 07:00
4 Şərh     Baxış: 3 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Ramazan bir neçə gündür ki, davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma mütləqdir:

Milli.Az axşam.az-a istinadən iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:

Çiyələkli rulet

Biskvit üçün:

4 yumurta

100 qram şəkər

20 qram kakao tozu

1 paket qabartma tozu

100 qram un

İçlik:

600 qram çiyələk

250 qram 33 %-li qaymaq

1 paket vanil

1 su stəkanı cem

Hazırlanması:

Yumurtanı şəkərlə mikserlə çalın. Una kakao və qabartmanı qatın və yumurtaya əlavə edib qarışdırın. 30-40 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 10 dəqiqə bişirin. 3-4 çiyələk saxlamaq şərti ilə qalanlarını 3-4 hissəyə bölün. Çay dəsmalını nəm edin və biskviti onun üstünə qoyub rulet formasında dəsmal ilə birlikdə büküb kənara qoyun. Qaymağı şəkərlə mikserlə çalın. Üzərinə çəkmək üçün bir hissəsini kənara qoyun. Soyumuş bistvitin üzərinə cem çəkin və qaymağı, sonra da çiyələkləri yayın. Dəsmalın köməyi ilə biskviti yenidən rulet formasınfa bükün. Üzərinə qaymaqlı qarışıqdan çəkin və bütöv çiyələklə bəzəyin.

Limonlu Hind şorbası

Tərkibi:

700-800 q toyuq filesi (qaynadıb iri doğramaq)

1,5 l toyuq bulyonu

2 ədəd baş soğan (xırda doğranmış)

400 q gül kələmi

100 ml yağlı qaymaq

1-2 diş sarımsaq

2 x.q. yağ

1-2 x.q. limon şirəsi

1/4 ç.q. üyüdülmüş zəncəfil

2-3 x.q. kokos yonqarı (quru tavada azacıq qızartmaq)

1 çay qaşığı karri

Duz

Çili istiotu

Hazırlanması: 

Yağı əridin, soğan, sarımsaq əlavə edib 3-4 dəqiqə qızardın. Zəncəfil, karri, un vurub qarışdırın, 2 dəqiqə qovurun. Sonra bulyon və qaymaq tökün. Qaynara düşənəcən gözləyin, 5 dəqiqə qaynadıb gül kələmini əlavə edin. Həddən artıq bişirməyin ki, kələm əzilməsin. Hazır şorbaya toyuq əti, duz, çili istiotu, kokos yonqarı, limon şirəsi əlavə edib qarışdırın.

Qarışıq əriştə

Tərkibi:

2 su stəkanı su

2 xörək qaşığı kərə yağı

300 qram ev əriştəsi

2 ədəd orta ölçülü balqabaq

1 ədəd qırmızı bibər

Yarım su stəkanı konservləşdirilmiş qarğıdalı

Yarım su stəkanı dördə bölünmüş qoz

5-6 budaq şüyüd

Duz

Hazırlanması:

Süd, 2 su stəkanı su, 1 xörək qaşığı kərə yağı və duzu bir qazana töküb ocağa qoyun. Qaynamağa başlayınca üzərinə əriştələri əlavə edin. Digər tərəfdən qalan kərə yağını əridib kub-kub doğranmış balqabaq və qırmızı bibəri bişirin. Ocaqdan götürməyə yaxın, qarğıdalıları və duzunu da əlavə edin. Hamısını birlikdə bir iki dəfə qarışdırdıqdan sonra ocaqdan alın. Bişən əriştələri süzüb servis qabına alın. Üzərinə tərəvəzli qarışığı əlavə edin. Qozları əlavə edin. Şüyüd ilə bəzəyərək servis edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.