Kulinariya

İftara bunları hazırlaya bilərsiniz

13 İyun 2018 07:00
8 Şərh     Baxış: 5 321

Azərbaycanda Ramazan davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma mütləqdir:

Milli.Az axşam.az-a istinadən iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:

Makaron şorbası
Tərkibi:

Sümüklü ət

1 ədəd soğan

1 ədəd yerkökü

Makaron

2-3 şüyüd

Duz

1 xörək qaşığı duru yağ

Hazırlanması:

Əvvəlcə sümüklü əti qazana qoyub qaynadirıq. Et pişməyə yaxın yerkökün soğanı torkadan keşirdib bir xörəy qaşıkı duru yağ vurub balaca odda 5 deqə kimi qatışdırırıq. Əti sudan çıxardıb yerkökü soğanı bulyona tokürük bir kartoşkanı balaca kubik formada toğrayib toküruk suya qazanın qapaqın qoyub 20 deqe kimi bişiririk. Əti sumuydən ayırib xirda doğrayirik. Kartov bişəndən sonra makaron doğradikimiz əti supun içinə tökürük 20 dəqə kimi pişirikik sup hazir oldukdan sonra şüyütü xirda doğrayib supun içinə tokürük.Və artik supumuz hazırdı.

Qaymaqlı peçenya 

Peçenya xəmiri üçün lazım olanlar:

1 yumurta

1,5 stəkan un (240 qr)

Yarım stəkan kakao (60 qr)

1 çay qaşığı soda (5 qr)

1 stəkan pudra şəkəri (160 qr)

Yarım stəkan şəkər tozu (100 qr)

1 stəkan kərə yağı (180 qr) otaq temperaturunda

İstəyə görə vanil, darçın qatmaq olar

Bütün ərzaqları qarışdıraraq xəmir halına gətirməlisiniz. Asan olması üçün əvvəlcə şəkər tozu, kərə yağı, yumurtanı bir-birinə qarışdıraraq yumşaldın ki, quru ərzaqları qatdığınızda asan toplanıb xəmir halına gəlsin. Xəmiri oxlovla peçenye qalınlığında yayaraq, şəkilli qəliblərlə kəsin və soba qabına düzün. Biskvitlərin bişmə müddəti 180 dərəcədə 10 dəqiqədir.

Arasındakı qaymaq üçün:

Yarım stəkan şəkər tozu

Yarım stəkan kərə yağı

Yarım stəkan ağ şokolad

Hazırlanması:

Şəkər tozu və kərə yağını mikserlə qarışdıraraq krem halına gətirin. Ağ şokoladı benmari üsulu əritmək üçün bir qaba qoyun və altına da içi qaynar su dolu başqa bir qab qoyaraq əridin. Yaxşıca əridiyində kərə yağı və şəkər qarışımı ilə qarışdıraraq qaymağı tamamlayın. Sıxma torbasına doldurduğunuz qaymağı peçenyenin üzərinə sıxın, sonra üstünə başqa peçenye qoyub yapışdırın.

Qiyməli kartof

Tərkibi:

6 ədəd kartof

qızartmaq üçün duru yağ

200 qram az yağlı qiymə

2 yemək qaşığı zeytun yağı

1 ədəd quru soğan

2 diş sarımsaq

1 çay qaşığı pomidor sousu

1 çay qaşığı qırmızı istiot

Duz

Hazırlanması:

Kartofların içini oyun və qızardın. Qiyməni, soğanı, sarımsağı və zeytun yağını bir tavanın içində qovurun. Hazırladığımız tərkibi kartofların içinə doldurun. Daha sonra kartofların üstünə sosusu və suyu qarışdıraraq tökün. Doldurduğunuz kartofları qazana düzün və aşağı dərəcədə bişirin.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    asi · 13 İyun 08:4120

    Qayanadirıq, et, pişməyə, torka,xörəy, qaşıkı, deqə, qatışdırırıq, tokürük, kartoşkanı, toğrayıb, qapaqın, sumuydan, doğrayirik, kartov, doğradikimiz, supun, pişirikik, oldukdan, şüyütü, artık...Bu ilk reseptin h.q-da yazılan səhvlərdi..Sonrasını oxumağa səbrim çatmadı..Vergüllər və şəkilçilər heç yoxdu). Ay Milli, bu nədi belə??

    Cavab yaz
    • Anonim
      Ebru ❤️ · 13 İyun 10:2352

      Asi salam sabahın xeyir xoş gördük seni necesen??kefin ehvalın necedi?ne vaxtdı hal ehvalını tuta bilmirem,ele bilme yadımdan çıxmısan esla,sen hemişe qelbimde en eziz yerdesen eziz dost,bura ilk yazanda,seninle sözümüz üst üste düşdü ve burda en çox beyendiyim şerhçilerdensen ve şerhini hemişe oxuyuram ilk laik gelirse bilki veren menem.dünen qarskop seyfesini oxudum,o qeder gözel sözler yazmışdın ki çox duyqulandım çox tesir etdi,bura heqiqeten o qeder ezizdiki menim üçünde,bura ilk yazanda ele bilirsen ki ancaq xeberlere göredi amma,sonra görürsen ki yox artıq gözel dostlar tapıbsan ve onlara bağlanırsan ve belece olursan Milli azın dami sakini ❤️Allah burdakı gözel dostlarla dostluğumuzu ebedi etsin inşallah.gül balalarınada salam olsun menen ve Allah qorusun onları amin.(******)❤️❤️❤️❤️❤️❤️❤️

      Cavab yaz
      • Anonim
        asi · 13 İyun 11:5600

        Salam Ebru).. Çox sağ ol, dəyər verib əziz tutduğun üçün..Valla sözlərinə qarşılıq üçün cvb tapıb yaza bilmirəm.Mən bir az kasadam belə fikirlərdən).. Yenə də çox sağ ol, həmişə xətrin əziz olsun..Tanrı bütün balaları qorusun..

        Cavab yaz
    • Anonim
      İka.e · 13 İyun 10:3820

      Salam asi,bura yazilan reseptler basqa saytlarda copy edilir bir coxuna men rast gelmisem.

      Cavab yaz
      • Anonim
        asi · 13 İyun 11:5700

        Salam Ika..Heç olmaya kopya edərkən bir dəfə də oxuyalar, nə kopya etdiklərini))..

        Cavab yaz
  • Anonim
    ...... · 13 İyun 09:2620

    1 ci resepti burda bir nəfər var o göndərib deyəsən))

    Cavab yaz
  • Anonim
    Bu gün Ramazan bitir :))) · 13 İyun 10:3800

    Hələ tez deyil bu reseptlər? 11 aydan sonra yazardız daa... Allah orucunuzu qəbul eləsin

    Cavab yaz
  • Anonim
    Bahar · 13 İyun 12:3830

    Bədii kitab oxumayan,azərbaycan dili dərsindən xəbərsiz olan insanların məqaləsini oxuyanda öz özümə fikirləşirəm ki bunları işə görəsən necə götürüblər.Biyabırçılıqdı.Ay bu məqaləni yazıb buraxan “savadlı”özün oxumusan yazdıqlarını.Dilimizə hörmət qoy!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.