Kulinariya

İftara bunları hazırlaya bilərsiniz

8 İyun 2018 07:00
11 Şərh     Baxış: 4 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Ramazan ayı davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma vacibdir. 

Milli.Az axşam.az-a istinadən iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:

Yayla şorbası

Tərkibi:

3 stəkan qatıq

4 stəkan su

1 ədəd yumurta

3 xörək qaşığı un

3 xörək qaşığı yumru düyü

3 xörək qaşığı kərə yağı

2 çay qaşığı narın quru nanə

Qırmızı şirin toz bibər (zəruri deyil)

Zövqə görə duz

Hazırlanması:

Bir qazanda qatıq, su, yumurta, un və düyünü yaxşıca qarışdırın. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıraraq qaynayanadək bişirin. Qaynayandan sonra tez-tez qarışdıra-qarışdıra düyü bişənədək bişirməyə davam edin. Düyü bişəndə şorbanı kənara çəkin. Balaca tavada yağı qızdırın. Cızıldamağa baslayan kimi, kənara çəkib quru nanə və pul bibəri (zəruri deyil) əlavə edib yarım dəqiqə qarışdırın. Alınan qarışığı şorbaya əlavə edib, qarışdırın. Zövqə görə duz vurun. Süfrəyə çörəklə verin.
Rulet 

Tərkibi:

Süd - ¼ stəkan

Kərə yağı - 2 xörək qaşığı

Un - 100 qram

Nişasta - 40 qram

Qabartma tozu - 1 çay qaşığı

Şəkər tozu - 2/3 stəkan

Duz - ¼ çay qaşığı

Yumurta - 3 ədəd

Hazırlanması:

Biskvit xəmirini hazırlamamışdan öncə sobanı 190 dərəcə isidin. Qazançada südlə kərə yağını qaynar hala gətirin. Yumurtaları şəkər tozu ilə mikserdə köpüklənənə kimi çalın. Unu ayrı bir qabda duz və qabartma tozu, nişasta ilə qarışdırın. Sonra unu yumurtalı qarışığa tökün. Bu xəmirdən 1-2 qaşıq götürüb qazançadakı südün üzərinə əlavə edin. Xəmiri listə boşaldın və təxminən 15 dəqiqə bişirin. Sonra üzərinə istər cem, mürəbbə, istər krem sürtün və ruleti bükün.

Tərəvəzli toyuq ciyəri qızartması

Tərkibi:

800 qr toyuq ciyəri

2 ədəd şirin qırmızı və sarı bolqar bibəri

3 diş sarımsaq

1 xörək qaşığı şəkər tozu

1 ədəd iri soğan

1 ədəd orta ölçülü badımcan

50 ml soya sousu

2 xörək qaşığı bitki yağı

Hazırlanma qaydası:

İlk öncə ciyərlərin üzərindəki pərdəni kəsib atın və ciyərləri orta ölçüdə doğrayın. Soğanı yarımhalqa şəklində doğrayın, bibərləri və badımcanı kub şəklində doğrayın. Sarımsaqları da xırda doğrayın. Tavada 2 xörək qaşığı bitki yağını qızdırın. Qızdırılmış yağda ciyərləri 2 dəqiqə hər tərəfli qovurun və boşqaba tökün. Yağlı tavada bibər və soğanları qarışdıraraq 3-4 dəqiqə qovurun. Badımcanları əlavə edin və qarışdıraraq daha 3 dəqiqə qovurun. Qovrulmuş tərəvəzlərin üzərinə ciyərləri tökün. Sarımsaq, şəkər tozu və soya sousu əlavə edib 2 dəqiqə bişirin və ocaqdan götürün. Zövqə görə yanında qarnir olaraq kartof püresi, süzülmüş düyü və s. qoyub süfrəyə verə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.