Kulinariya

İftara bunları hazırlaya bilərsiniz

6 İyun 2018 07:00
2 Şərh     Baxış: 3 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Ramazan ayı ddavam edir. 16 saata yaxın ac qaldığınız üçün düzgün qidalanmaq şərtdir.

Milli.Az axşam.az-a istinadən iftara hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:

Kiev kotleti

Tərkibi:

3 toyuq filesi 

2 yumurta

3 xörək qaşığı süd

90 qram kərə yağı

Un

Suxari

Qızartmaq üçün bitki yağı

Duz

İstiot

Hazırlanması:

Fileyə duz və istiot səpin. Hər fileyə dondurulmuş uzunsov kəsilmiş kərə yağı tikəsini qoyun. Və dolma kimi uzunsov bükün. Elə bükün ki, yağ əridikcə heç terdən çıxa bilməsin. Ayrıca qablara un və suxari tökün. 
Başka bir qabda yumurtanı südlə çırpın. Kotletimizi əvvəl una sonra yumurtaya və sonda suxariyə bulayın. Bunu bir dəfə daha eyni qaydada təkrar edin. Sobanı 200 dərəcədə isidin. Dərin qazana yetərincə bitki yağı tökün, kotleti onun içinə qoyanda yağ tam örtsün onu. Kotleti yağda 5 dəqiqə qızardın. Üstü tam qızarmalıdır. Sonra isinmiş sobada 10 dəqiqə bişirməyə davam edin. 

Şorba

Tərkibi:

250 qram göbələk

200 ml qaymaq

1 baş soğan

1/2 çay qaşığı cirə 

2 stəkan su

3 xörək qaşığı günəbaxan yağı

1 xörək qaşığı un

Kərə yağı

Duz

İstiot

Hazırlanması:

Soğanı və göbələyi kəsirik. Günəbaxan yağında qızardırıq. Kərə yağını dərin bir qazanda əridirik, üstünə un səpib qarışdırırıq. Biraz qızarandan sonra üstünə 2 stəkan qaynar su tökürük. Qarışdırırıq. Göbələyi və soğanı əlavə edirik. 10 dəqiqə bir yerdə bişiririk. Duz və istiot əlavə edirik. Cirənin yarısını əlavə edirik. Yarısı üstə səpmək üçün saxlayırıq. Şorbanı blendordan keçiririk. Qaymağı tökürük, qaymaq istəyən zaman qazanın altını keçirdirik.

Kəsmikli banan şirniyyatı

Tərkibi:

Marqarin yağı - 250 qram

Un - 500 qram

Yumurta - 1 ədəd

Xama- 180 qram

Vanilya - 1 paçka

Qabartma tozu - 1 paçka

İçlik:

Kəsmik - 500 qram

Şəkər tozu - 200 qram

Hazırlanması:

Xəmirimizi hazırlamadan öncə xamanın üzərinə kabartma tozunu əlavə edirik, xama köpməyə başladıqda,  unu, yağı və bir ədəd yumurtanı ən nəhayət vanilyanı əlavə edib xəmirimizi yoğurmağa başlayırıq. Xəmir yoğrulub hazır olandan sonra 5-10 dəq dincəlməyə qoyuruq.

Xəmir özünə gələndən sonra, balaca kündələrə bölüb, videoda göstərilən kimi xəmiri əzib acırıq, acdığımız xəmirin icinə kəsmiyi yerləşdirib, ağzını bağlayırıq. Hazırladığımız xəmirimizi banan formasına salıb,  200 dərəcə Selsidə sobamıza yerləşdiririk 10-15 dəq. bişiririk.

Hazır olan bananlarımızın üzərinə şəkər pudrası əlavə edib, servis edə bilərsiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.