Kulinariya

İftara bunları hazırlaya bilərsiniz

4 İyun 2018 07:00
4 Şərh     Baxış: 3 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Ramazan bir neçə gündür ki, davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma mütləqdir:

Milli.Az axşam.az-a istinadən iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:

Börək

Tərkibi:

4 yuxa

Sous üçün:

0,5 st. bitki yatı

0,5 st. qatıq

İç üçün:

4 ədəd suda bişmiş kartof

150 q sosis (sucuk)

1 st. sürtgəcdən keçirilmiş holland pendiri

0,5 dəstə cəfəri

1 ç.q. pul bibər

duz

Üzəri üçün:

Yumurta sarısı

Çörəkotu

Hazırlanması:

Bişmiş kartofu və sosisləri sürtgəcdən keçirib bir qaba yığın. İç üçün olan digər ərzaqlarla qarışdırın. Əgər çox quru alınırsa, azacıq bitki yağı əlavə edin. Sous üçün bitki yağı ilə qatığı yaxşıca çalın. Yuxanı taxtanın üstünə sərin, üzərinə sous çəkin. İkinci yuxanı üstünə sərib onun da üzərinə sous çəkin. Bunları diaqonal üzrə iki yerə bölün. Üçbucaqların gen tərəfinə iç qoyun, rulet kimi bükün, sonra isə bir başından tutub içəriyə doğru spiral kimi qatlayaraq gül şəkli verin. Yağlanmış siniyə düzün. Artıq qalan sousun içinə 1 yumurtanın sarısını əlavə edin, çalın, börəklərin üstünə çəkin. Çörəkotunu səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Şorba

Tərkibi: 

1 fincan düyü 

2 ədəd limon suyu 

1 stəkan un 

2 çömçə qatıq 

4 ədəd kartof 

1 yemək qaşığı nanə 

3 çay qaşığı duz 

1 ədəd yumurta 

2 yemək qaşığı marqarin 

8 su stəkanı sümük suyu və ya su 

Hazırlanması: 

Sümük suyunu və ya suyu qaynadın. Yuyulmuş düyünü əlavə edib, bişirin. Un, limon suyu, qatıq və yumurtanın sarısını az miqdarda su əlavə edərək çırpın. Qaynamaqda olan suya yavaş-yavaş əlavə edərək, davamlı qarışdırın. Özünə gələnə kimi bişirin. Əridilmiş 2 yemək qaşığı marqarini nanə ilə qızardıb, şorbanın üzərinə səpin. Kiçik kublar halında doğranmış kartofları duru yağda qızardıb, süzün və şorbaya əlavə edin. Duz əlavə edib, ocaqdan alın. 

Bananlı rulon keks

Tərkibi:

1 paket kakaolu peçenye 

1 yemək qaşığı kakao 

100 qr kərə yağı 

1 stəkan süd 

2 ədəd banan 

1 paket krem şanti 

Hazırlanması:

Peçenyeləri toz halına gətirin. Dərin bir qabdakı peçenyelərin üzərinə süd, kakao və əritdiyiniz kərə yağını əlavə edin. Yoğurduqdan sonra kənara qoyun və krem şantini hazırlamağa başlayın. Yağlı kağızın üzərinə peçenyeli xəmiri yayın və biraz açın və üzərinə bir ədəd də yağlı kağız sərin. Oxlov vasitəsilə çox nazik olmayacaq şəkildə açın, çox nazik açdığınız halda rulon halına salanda çətinlik yarana bilər.    Açdığınız peçenyelərin üzərindən yağlı kağızı gütürüb, krem şantini yayın.  Peçenyelərin uc hissəsinə bananları düzün. Həmin uc hissədən başlayaraq altdakı yağlı kağız vasitəsilə rulon halına gətirin. Soyuducuda 1 saat saxladıqdan sonra dilimləyib, servis edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.