Kulinariya

İftara bunları hazırlaya bilərsiniz

1 İyun 2018 07:00
5 Şərh     Baxış: 3 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Ramazan bir neçə gündür ki, davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma vacibdir. 

Milli.Az axşam.az-a istinadən iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:

Ədviyyatlı kök şorbası

Tərkibi:

0,5 kq kök

1 ədəd orta boy soğan

4 yemək qaşığı zeytun yağı

1 litr toyuq suyu

Yarım limonun suyu

1 çay qaşığı qara bibər

Bir qədər təzə doğranmış keşniş

Zövqə görə duz

Hazırlanma qaydası:

Soğanı küp şəklində doğrayın və zeytun yağında rəngi dəyişənə qədər qovurun. Kökləri doğrayın və soğanla birlikdə qızardın. Üzərinə toyuq suyu, duz, keşniş, qara bibər və limon suyu əlavə edin. Orta dərəcəli odda qarışdırın ki, köklər yumşalsın. Sonra qarışımı blenderlə xırda-xırda olana qədər əzin.

Sadə peçenyə

Tərkibi:

1 stəkan qatıq

2 ədəd yumurta

2 stəkan şəkər tozu

1 kiloqram un

1 stəkan duru yağ

1 çay qaşığı soda

1 paket vanil 

1 ədəd yumurta üstü üçün

Hazırlanma qaydası:

Qatıq, yumurta, şəkər tozu, yağ, soda və vanili qatın. Sonra üzərinə un əlavə edin. Xəmiri ət maşınından keçirib kiçik hissələrə doğrayın. Listə qoyub üstü qızarana qədər bişirin. 

Pomidorlu badımcan

Tərkibi:

4 badımcan

2 bibər

6 pomidor

1 soğan

1 stəkan duru yağ

Duz, istiot

Hazırlanma qaydası:

Badımcanları közdə qızardın. Doğrayıb bir qaba qoyun. Bir qazanda soğanı doğrayıb qızardın və üzərinə bibəri, pomidoru da əlavə edin. Sonra badımcanları və duzla istiotu da qatın. Orta xodda bir qədər bişirin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.