Kulinariya

Yemək bişirməyi sevənlər üçün məsləhətlər

28 May 2018 07:00
25 Şərh     Baxış: 6 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axşam.az-a istinadən dadlı yeməklər bişirməyi sevənlərə bəzi mətbəx sirlərini təqdim edir:

- Dondurulmuş ətin buzunu mikrodalğalı sobada və ya isti suyun altında açmağa çalışmayın. Bu zaman ət bütün vitaminini itirir.

- Kartof püresinə 1 xörək qaşığı sirkə töksəniz, dadı daha gözəl olur.

- Sobada qızartdığınız ət qurumasın deyə içəriyə kiçik qabda su qoyun.

- Göbələyi bişirməzdən əvvəl 1 saat duzlu suda saxlasanız, bişəndə əzilməz.

- Mürəbbəni paslanmayan qabda bişirin. Əks-halda, meyvənin tərkibindəki C vitamini itər.

- Əti qaynadarkən içərisinə bir parça ağac kömürü atsanız iy gəlməz və tez bişər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.