Kulinariya

Ləzzətli meşə tortu - RESEPT

25 İyun 2018 07:00
11 Şərh     Baxış: 4 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çiyələk, böyürtkən, gilənar sevirsiniz? Əgər bu meyvələri sevirsinizsə, onların hamısından istifadə edərək tort bişirə bilərsiniz. Milli.Az ailem.az-a istinadən ləzzətli meşə tortunun reseptini verir.

Lazım olanlar:

4 ədəd yumurta
2 xörək qaşığı kərə yağı

Bir stəkan şəkər tozu
Yarım stəkan qatıq
1 stəkan yarım un 
Bir paket qabartma tozu
Bir paket vanil 
Yarım paket kakao

Kremi üçün:
 

Yarım paket süd
Yarım stəkan şəkər tozu

1 ədəd yumurta sarısı
2 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 paket vanil

İçi üçün:
 

Bir kasa böyürtkən
Bir kasa çiyələk

Bir kasa vişnə

Üzəri üçün tünd şokolad

Hazırlanması:

Yumurta və şəkər tozunu dərin bir qabın içində köpüklənənə qədər qarışdırın. Daha sonra digər vəsaitləri içinə tökün və taxta qaşıqla qarışdırın. Hazırlanan keks xəmirini qəlibin içinə tökərək, 180 dərəcəlik sobada qabarana qədər bişirin.

Kremi üçün:

Bütün verilənləri bir qazanda qarışdırın. Daha sonra ocağa qoyub krem halına gələnə qədər bişirin və soyumağa qoyun.  

İçinə qoyacağınız meyvələri kiçik parçalar halında doğrayın. Üstünə isə meyvələri bütün halda qoya bilərsiniz. Bişən keksi ortadan ikiyə bölün. İçinə hazırladığınız kremin hamısını tökün. Amma kənarlara çıxmamasına diqqət edin. 

Sonra doğradığınız meyvələri arasına yığıb, keksin digər hissəsini üzərinə yerləşdirin. 

Tortun üzərini meyvə və əridilmiş şokoladlarla bəzəyin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.