Kulinariya

Kokoslu qurabiyə belə bişirilir - ASAN RESEPT

16 Aprel 2018 07:00
20 Şərh     Baxış: 6 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kokos şirniyyatlara xüsusi dad verir. Həmin kokoslu şirniyyatları çox sevirik və əksərən də onu mağazalardan hazır alırıq. Milli.Az-ın ailem.az-a istinadən verəcəyi bu reseptlə dadlı kokos qurabiyəsini özünüz hazırlaya biləcəksiniz.

Lazım olanlar:

1 yumurta

125 qr kərə yağı
Yarım stəkan duru yağ
1 stəkan pudra şəkəri
1 paket vanil
1 paket qabartma tozu
Apardığı qədər un (təxminən 2 stəkan)

Şərbəti üçün:

2 stəkan şəkər tozu
3 stəkan su

Üzəri üçün:

Kokos

Hazırlanma qaydası:

Əvvəlcə şərbət üçün su və şəkəri bir qazana töküb ocağa qoyun. Qaynatmadan, sadəcə şəkər əriyənə qədər ocaqda saxlayın və götürüb soyumağa qoyun.

Xəmiri üçün undan əlavə bütün vəsaitləri bir qaba tökün və yaxşıca qarışdırın. Daha sonra üzərinə yavaş-yavaş un əlavə edərək ələ yapışmayan yumşaq xəmir yoğurun.

Hazırlanan xəmirdən qoz böyüklüyündə parçalar kəsib yumrulayın, yağlı kağız sərilmiş siniyə düzün və 180 dərəcəlik sobada 20-25 dəqiqə bişirin.

Qurabiyələr sobadan çıxdıqda soyuyan şərbətin içinə tək-tək atın. Şərbətin içində bir az saxladıqdan sonra çıxarın, kokosa batırın və boşqaba düzün. 1-2 saat saxladıqdan sonra servis edin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.