Kulinariya

Qarğıdalı unundan dadlı bulka RESEPTİ

18 Aprel 2018 07:00
46 Şərh     Baxış: 7 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kəsə bəllidir ki, qida insan sağlamlığı üçün ən əhəmiyyətli şeydir. Ona görə də sağlam qidalanmaq üçün nə yediyimizə xüsusi diqqət etməliyik. Milli.Az-ın ailem.az-a istinadən reseptini verdiyi bu bulka isə ləzzətli olmaqla yanaşı, insan orqanizmi üçün də faydalıdır.

Qarğıdalı unundan bulka

Lazım olanlar:

2 yumurta (yumurtalardan birinin sarısını üzərinə sürtmək üçün ayırın)
1 stəkan qatıq 
1 stəkan duru yağ 
1 xörək qaşığı kərə yağı
2 çay qaşığı şəkər tozu  
1 çay qaşığı sirkə 
1 çay qaşığı duz 
1 paket qabartma tozu 
Bir az doğranmış şüyüd
1 stəkan rəndələnmiş pendir.

2 stəkan yarım qarğıdalı unu

Apardığı qədər buğda unu

Hazırlanması: 

Bütün ərzaqları qarışdıraraq, buğda ununu yavaş-yavaş əlavə edərək, yumşaq ələ yapışmayan xəmir yoğurun. Xəmirdən istədiyiniz ölçüdə qoparıb yuvarlayın və soba qabına düzün. Üzərinə yumurta sarısı sürtüb azacıq qarğıdalı unu səpin. Əvvəlcədən qızdırılmış 175 dərəcəlik sobada qızarana qədər bişirin.

Çayınızın yanında yeyə biləcəyiniz ləzzətli bulkalarınız hazırdır.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.