Kulinariya

İspanaqlı toyuq dolması yemisiniz? - RESEPT

7 May 2018 07:00
101 Şərh     Baxış: 6 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətbəximizdə bir çox dolma növü var.

Amma Milli.Az-ın ailem.az-a istinadən verəcəyi bu reseptlə tam fərqli bir dolma növü ilə tanış olacaqsınız.

İspanaqlı toyuq dolması

Lazım olanlar:

500 qr toyuq sinəsi

2 soğan

1 dəstə ispanaq

1 dəstə təzə nanə

2 xörək qaşığı zeytun yağı

1 ədəd kiçik limon

Kərə yağı

Duz

İstiot

Hazırlanması:

Doğranmış soğan zeytun yağında qovrulur və içinə ispanaq, nanə, rəndələnmiş limon, duz və az su tökülür. Suyu çəkildikdən sonra ocaqdan götürüb soyudulur.

Toyuq sinəsinin üzərinə duz, istiot səpilir, hazırlanan içlikdən qoyulub bükülür və çöplə bağlanır.

İçi azacıq yağlanmış soba qabına düzülən toyuq dolmalarının üzərinə azacıq kərə yağı qoyulur. Üstləri alüminium falqa ilə örtülüb, 190 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirilir.

İsti-isti servis edin.

Nuş olsun!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.