Kulinariya

Üçqulaq paxlavanın RESEPTİ

21 Mart 2018 07:00
18 Şərh     Baxış: 5 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan mətbəxi öz rəngarəngliyi ilə seçilir. Milli.Az ailem.az-a istinadən əsasən Qəbələ bölgəsində bişirilən üçqulaq paxlavanın reseptini verir.

Tərkibi:

500 qr un

2 ədəd yumurta

150 qr süd

Maya, duz.

İçlik:

200 qr qoz ləpəsi

200 qr şəkər tozu

Vanil.

Hazırlanma qaydası:

Xəmir yoğurulur, 0.5 saat isti yerdə saxlanılır. Sonra kündə edilib lavaş açılır və həmin lavaşlar pörtülür. 10 sm enliyində lavaşlar uzununa kəsilir. Kəsilmiş lavaşların 3/1 hissəsinə içlik qoyulur və üçbucaq formasında bükülür. 

Duru yağda qızardılır. Qızardıldıqdan sonra üzərinə şəkər pudrası əlavə etmək olar. Süfrəyə çayla verilir.

Nuş olsun!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.