Kulinariya

Ləzzətli zeytun salatının RESEPTİ

11 Mart 2018 07:00
20 Şərh     Baxış: 2 683

Zeytun insan orqanizmi üçün ən xeyirli qidalardan biridir və faydaları saymaqla bitmir. Milli.Az ailem.az-a istinadən ləzzətli zeytun salatının reseptini verir.

Lazım olanlar:

250 qr yaşıl zeytun
150 qr qara zeytun
6-7 ədəd qurudulmuş pomidor (yoxdursa təzə pomidordan da istifadə etmək olar)

Cəfəri
Nanə
Ağ küncüt

Zeytun yağı
Nar
Qoz ləpəsi
Limon

Hazırlanması:

İlk öncə quru pomidorları kasada isti suda bir az saxlayın. Zeytunların çəyirdəyini çıxarın və iki yerə bölün. Pomidorların suyunu süzüb iri-iri doğrayın. Bir ovuc ləpəni iri şəkildə doğrayın. Sonra bir çimdik cəfəri, bir ovuc təzə nanə, bir çay qaşığı ağ küncüt, bir az nar dənəsi əlavə edin. Üzərinə zeytun yağı və limon sousu gəzdirib qarışdırın. Zeytunların duzu kifayət qədər olduğundan əlavə duz vurmağa ehtiyac yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    İka.e · 11 Mart 08:0700

    Salam əziz xanımlar. Maraqlı resepti,amma hazırlamaram)yaşıl zeytunu sevirəm amma küncüt filan risklidi.)hazırlayanlar nuşican)

    Cavab yaz
    • Anonim
      Efgan · 11 Mart 11:1704

      nejesen ika? hazirla men de yeyejem

      Cavab yaz
      • Anonim
        11-17 e · 11 Mart 12:0220

        Lap əkin biçinnən gələn kənd əhlinin həyət baca yoldaşlarına müraciətnə oxşadı bu şərh, əvvəlində tək arvat sözü çatmırdı.

        Cavab yaz
  • Anonim
    $.$.$. · 11 Mart 08:1310

    Milli az. təşəkkurlər. dadlı və doyumlu salata oxşayır..hazırlamaqına dəyər. kim hazırlayıb yesə nuş olsun. mən də gunorta yeməyinə hazırlayacam .

    Cavab yaz
  • Anonim
    teselli · 11 Mart 09:4430

    qurudulmuw pomidor yeyen olub?hec esitmemisem

    Cavab yaz
    • Anonim
      İka.e · 11 Mart 11:2311

      Dadı turşməzə olur.Daha çox türk mətbəxində istifadə edilir

      Cavab yaz
      • Anonim
        AZƏRİ · 11 Mart 12:1632

        Sən türkdə görmüsən deyə onların olur??? Bəlkə elə bizimdir?

        Cavab yaz
        • Anonim
          İka.e · 11 Mart 12:2610

          Mən dedim türklərindir?bir də oxu şərhimi)Bizim yeməklərdə sırf qurudulmuş ,pomidordan istifadə olunan yeməklərə rast gəlməmişəm.Bilirsizsə paylaşın öyrənək)

          Cavab yaz
          • Anonim
            AZƏRİ · 11 Mart 12:5610

            Gəncə bölgəsinə yolun düşsə orda görə bilərsən.Bir də Lənkəranda pomidorplov bişirirlər qurusundan.Hələ bir bişirin.Qiyamət şeydir

            Cavab yaz
            • Anonim
              İka.e · 11 Mart 14:2810

              Dediyin bölgələrin heç birində olmamışam.Inşəallah qismət olar dadaram)

            • Anonim
              AZƏRİ · 11 Mart 17:2910

              Qismət olsun

  • Anonim
    asi · 11 Mart 10:2910

    Hamıya salam..Tərkibi sevdiyim ərzaqlardı.Hamısı birlikdə də dadlı olar)..

    Cavab yaz
  • Anonim
    SEVİL · 11 Mart 11:0110

    Salam ,kulinariyanın sevimliləri)) Necəsiniz ?? təsəllinin sözünə qüvvət ,qurudulmuş pomidor nəmənədi ?Bilən varsa ,yazsın ,maraqlıdır.$$$ ,ika.e ,sizin kefiniz necədi ?Hazırlayana nuşşşş olsun ,zeytunla aram yoxdu ..

    Cavab yaz
    • Anonim
      asi · 11 Mart 11:5520

      Salam Sevil). Qurudulmuş pomidor elə quru pomidordu). Pomidorları ya çox isti günəşdə ya da tərəvəz meyvə qurudan cihazda qurudurlar.Onu eləcə quru da saxlamaq olur, duru yaxla bankalarda da saxlamaq olur..Adi meyvə tərəvəz quruları kimi olur)..

      Cavab yaz
    • Anonim
      $.$.$. · 11 Mart 11:5531

      Salam Sevil xanım və kulinariyanın butun sevimli xanımları.mən gəlinimizlə bu salatı hazırladıq amma təzə pamidordan istifadə etdik o da qırqınla. anam parnikdə yetişən hec nədən istifadə etməyə icazə vermir deyir hamısı ziyanlı dərmanlarla yetişdirilir. nəsə pamidorun icini cıxartdıq ətli hissəsindən istifadə etdik bir qədər də toyuq filesi qatdıq . cox dadlı və doyumlu bir salat alındı. Nuş olsun hazırlayıb yeyənlərə. kim istəsə qonaq ola bilər bizə.

      Cavab yaz
    • Anonim
      İka.e · 11 Mart 14:3000

      Salam Sevil xanım❤❤çox sagolun yaxşıyam

      Cavab yaz
  • Anonim
    SEVİL · 11 Mart 14:2710

    Nahar edənlərə nuşşş olsun deyirəm.. asi ,həqiqətən ,qurudulmuş pomidoru vaxta qədər nə görmüşəm ..nə dadmışam ) Yəni ,Bakıda belə bir şey satılmır .$$$,nə yaxşı ..Əlinizə sağlıq )Nuşşş olsun .Maman düz deyir ,ümumiyyətlə ,hər bir meyvə tərəvəz öz vaxtında ,sezonunda yeyilməlidir ..

    Cavab yaz
  • Anonim
    Tural · 11 Mart 15:4740

    Salam her kese necesiz Ulker Hardasan geldim ?

    Cavab yaz
    • Anonim
      $.$.$. · 11 Mart 21:3832

      Axşamınız xeyir qızlar xanımlar. necəsiniz? şəxsən mən elə yorulmuşam ki nənəm demişkən lap can verirəm... bu gun bacımla qocaqlaşmışıq. əl qolumuzu cırmalayıb evin altını ustunə ustunu də altına cevirmişik.yani bayram təmizliyi etmişik hər yanı yuyub təmizləmişik. ən cətini pərdələr idi şukur onları da asmaqa qardaşımız kömək etdi qurtardıq. of bə... həqiqətən bayram təmizliyi ləzzət edir adama. hər şey yenilənir yuyulur təmizlənir insanın urəyi acılır. Sizlər neyləyirsiniz? nə işlə məşqulsunuz? nənəmin 62 yaşı var inanın bu gun o qədər paltar utuləyib ki divanda oturan yerdə yatıb... canım nənəm.babamla atam öz keflərindədirlər nərd oynayırlar. Sizləri bilmirəm biz lap rayondakı coxuşaqlı ailələrə bənzəyirik. 9 nəfərdən ibarətdir ailəmiz.MAŞALLAH.

      Cavab yaz
  • Anonim
    Samaxli Gunel · 12 Mart 07:0000

    Her bir werhcinin sabahi xeyirli gunu ugurlu olsun Asi ve Esranur bi xahiw yawil fistik ne ve harada olur turk paxlavasi ucun olani deirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.