Kulinariya

Bakı qurabiyəsini BELƏ HAZIRLAYIN

8 Aprel 2018 07:00
14 Şərh     Baxış: 5 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ləzzətli milli şirniyyatları var. Hər bölgənin özünəməxsus dadlı şirniyyatları çay süfrələrinə xüsusi ləzzət verir. Milli.Az ailem.az-a istinadən Bakı qurabiyəsinin reseptini təqdim edir.

1 kq məmulat üçün lazım olanlar:

589 q əla növ un

354 q kərə yağı

153 q qənd kirşanı

35 q yumurta (ağı)

30 q alma yaxud qaysı əzməsi

30 q qənd

Hazırlanma qaydası:

Kərə yağı, qənd tozu və yaxud qənd kirşanı ilə qarışdırıldıqdan sonra ona yumurta ağı, ələnmiş un vurulur və hamısı birlikdə yenidən qarışdırılır. Xəmirin temperaturu 18 C-dən yuxarı olmamalıdır. Sonra xəmir borulu qənnadı kisəsinə yerləşdirilərək sıxılır və soba qabına çobanyastığı formalı fiqurlar hazırlanıraq düzülür. Bişirməzdən qabaq qurabiyənin ortasına oyuq açılır və 250 dərəcədə 10 dəqiqə müddətində sobada bişirilir. Bişdikdən sonra oyuqlara qənd kirşanı ilə meyvə püresi doldurulur. Süfrəyə verilən zaman qurabiyənin üstünə qənd kirşanı səpilir.

Nuş olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.