Kulinariya

Meyvəli beze tortu - RESEPT

30 Mart 2018 07:00
9 Şərh     Baxış: 4 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyvə və şirniyyatı hər birimiz çox sevirik. Milli.Az ailem.az-a istinadən meyvəli beze tortunun reseptini təqdim edir.

Vəsaitlər:

5 ədəd yumurta ağı
1 stəkan şəkər tozu
1 çay qaşığı vanil
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı qarğıdalı nişastası

Kremi üçün:

200 ml qaymaq

3 xörək qaşığı pudra şəkəri

Hazırlanması:

Sobanı 180 dərəcədə qızdırın. Yumurta ağlarını dərin bir qabın içinə qırın və mikserlə tamamilə köpənə qədər çırpın. 

Şəkər tozunu yumurta ağının içinə tökərək çırpmağa davam edin.

Sonra nişasta və sirkəni də əlavə edib bir az daha çırpın.

Alınan qarışımı soba qabının içinə, altına yağlı kağız sərərək tökün. Tökülən yumurta ağlarının hündürlüyü yarım barmaq olmalıdır. 

Onu sobada 40 dəqiqə bişirin.

Kremi üçün pudra şəkəri və qaymağı çırpın. 

Üzərinə qoyacağınız meyvələri hazırlayın. 

Keksin üzərinə kremi tökün və meyvələri düzüb servis edin.

Nuş olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.