Kulinariya

Yaş keks necə bişirilir? - ASAN RESEPT

28 Mart 2018 07:00
9 Şərh     Baxış: 13 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi tortları bişirməyi bacarırıq, amma yaş keksi evdə hazırlamağın çətin olduğunu düşünürük. Buna görə də adətən yaş keks yemək istədikdə şirniyyat mağazalarından hazır alırıq. Milli.Az ailem.az-a istinadən evdə hazırlaya biləcəyiniz yaş keksin asan reseptini təqdim edir.

Ərzaqlar:

3 yumurta

Stəkan yarım şəkər tozu

Stəkan yarım süd

1 stəkan duru yağ

1 paket kakao

2 stəkan un

Vanil

Qabartma tozu

Üstü üçün sous:

1 stəkan kakaolu qarışım

Yarım stəkan su

Hazırlanması:

Yumurta və şəkər tozunu çırparaq köpüklədin. Süd, duru yağ və kakao əlavə etdikdən sonra təkrar çalın. Bu qarışımdan bir stəkan ayırın. Qalan qarışıma qabartma tozu, vanil və un əlavə edərək qarışdırın. Əldə etdiyiniz keks və xəmirini yağlanmış soba qabına tökərək, əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobaya qoyun. 

Ayırdığınız 1 stəkan sousa yarım stəkan süd əlavə edib 1 buğum qaynadın. Keksinizi sobadan çıxardıqdan 10 dəqiqə sonra üzərinə soyuq sousu tökün.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.