Kulinariya

Qozlu göyərçin tortu - RESEPT

9 Fevral 2018 07:00
308 Şərh     Baxış: 9 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sevgililər günü yaxınlaşır və hər kəs öz sevdiyi ilə bu günü özəl keçirmək istəyir. Bir çoxları sevgilisinə əlləri ilə nə isə bişirmək istəyir. Milli.Az ailem.az-a istinadən sevgilinizlə baş-başa keçirəcəyiniz romantik süfrə üçün ləzzətli tort resepti verir.  

Qozlu göyərçin tortu

Ərzaqlar: 

3 stəkan un

2 stəkan şəkər tozu

1 çay qaşığı soda

1 çay qaşığı darçın

Yarım çay qaşığı duz

3 ədəd dilimlənmiş banan  

1 stəkan əzilmiş və suyu çəkilmiş konserv ananas

1 stəkan bitki yağı

3 yumurta

1 çay qaşığı yarım vanil 

1 stəkan xırda doğranmış qoz

Krem üçün lazım olanlar: 

225 qram krem pendir (otaq temperaturunda)

Yarım stəkan kərə yağı (otaq temperaturunda)

4 stəkan yarım ələkdən keçirilmiş pudra şəkəri

1 çay qaşığı vanil 

Kremli keksi bəzəmək üçün 1,5 stəkan doğranmış qoz

Hazırlanması:

Soba qabını əvvəlcədən 175 dərəcədə isitdiyiniz sobanın orta rəfinə qoyun. 20 sm boyunda iki keks qəlibini yüngülcə yağlayın, bərabər şəkildə un səpin və artığını boşaldın.

Un, şəkər, soda, darçın və duzu ələkdən keçirərək bir ləyənə tökün.

Başqa bir qabda banan, ananas, yağ, yumurta və vanili qarışana qədər qaşıqla çırpın.

Quru qarışıma tökün və hamar bir vəziyyət alana qədər qarışdırın. Qozları içinə tökün.

Qəliblərə bərabər şəkildə tökün. Kekslər, ortasına basınca təkrar eyni şəkli alana qədər 30-35 dəqiqə bişirin. 10 dəqiqə soyumağa qoyun. Daha sonra onları tərs çevirin və bir az da soyudun.

Daha sonra mikserlə pendiri və kərə yağını qarışdırın. Krem halına gəldikdə pudra şəkərini və ardından vanili yavaş-yavaş qatıb qarışdırın.

Keksin birini tərs çevirərək servis boşqabına yerləşdirin. Təxminən kremi üzərinə yayın. Sonra ikinci keksi üstünə yerləşdirin. Qalan kremi üzərinə və keksin yanlarına yayın. Üzərini şəkildə gördüyünüz kimi bəzəyin.

Dərhal servis etməyin, soyuducuda bir gecə ağzı qapalı olaraq saxlaya bilərsiniz.

Servis etməzdən əvvəl otaq istiliyində saxlayın.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.