Kulinariya

Südlü mərcimək şorbasını BELƏ HAZIRLAYIN

26 Fevral 2018 07:00
25 Şərh     Baxış: 3 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha çox tərəvəzlə bişən xörəklərdən biri olan mərcimək süd ilə bərabər hazırlandıqda daha da ləzzətli olur. Milli.Az ailem.az-a istinadən südlü mərcimək şorbasının reseptini verir.

Ərzaqlar:

2 xörək qaşığı kərə yağı

2 xörək qaşığı duru yağ

1 baş quru soğan
2 xörək qaşığı un
1 stəkan yarım qırmızı mərcimək
1 stəkan süd
1 litr yarım su
Duz

Hazırlanması:

Kərə və duru yağı birlikdə qazanda qızdırın və doğradığınız soğanları töküb qovurun. Ardınca unu tökərək, rəngi dəyişənə qədər qovurun. Daha sonra yuyulmuş mərciməkləri qazana tökərək qarışdırın və üzərinə su tökün. Qazanın qapağını bağlayaraq şorbanı bişirin. Mərciməklər bişdikdən sonra şorbanı blenderlə qarışdırın süd və duz əlavə edərək 4-5 dəqiqə az odda qaynatdıqdan sonra ocaqdan götürün. İsti-isti servis edin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.