Kulinariya

Türk paxlavasının BİŞİRİLMƏ QAYDASI

19 Fevral 2018 07:00
60 Şərh     Baxış: 7 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan mətbəxinin ən dadlı şirniyyat növlərindən biri paxlavadır. Bu paxlavanı hər kəs sevir. Xüsusilə də Novruz bayramında süfrələrimiz paxlava ilə bəzənir. Amma başqa ölkələrin də özünəməxsusu paxlava növləri mövcuddur.

Milli.Az ailem.az-a istinadən bu dəfə sizə türk paxlavasının bişirilmə qaydasını təqdim edir.

Lazım olanlar:

1 kilo un

3 yumurta

10 qram duz

50 qram nişasta

1 kilo kərə yağı

500 qram yaşıl fıstıq (üyüdülmüş)

500 qram süd

750 qram şəkər tozu

350 qram su

Nişasta  

Şərbətin hazırlanması:

1 kilo şəkər tozunu 350 qram su ilə mət olana qədər qaynadın.

Paxlavanın hazırlanması:

Una yumurta, duz və süd töküb yoğurun. Daha sonra xəmirdən qoz böyüklüyündə kündələr hazırlayın. Kündələrdən nişasta köməyi ilə nazik yuxalar yayın. Daha sonra soba qabına iki yuxa sərin və üzərinə üyüdülmüş fıstığı səpin. 12-14 qata qədər bunu təkrara edin. Daha sonra paxlavanızı kəsib üzərinə əritdiyiniz kərə yağını gəzdirin və sobaya qoyun. Üstü qızardıqdan sonra sobadan çıxarın və üzərinə qaşıqla şərbət gəzdirin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.