Kulinariya

Ləzzətli qoz halvasının RESEPTİ

5 Fevral 2018 07:00
22 Şərh     Baxış: 14 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Halvanın bir çox növlərini xoşlayırıq. Un halvası, fındıq halvası, günəbaxan halvası və sair. Milli.Az ailem.az-a istinadən bu dəfə sizə ləzzətli qoz halvasının reseptini təqdim edir.

Ərzaqlar:

3 stəkan üyüdülmüş qoz ləpəsi

2 stəkan üzüm bəhməzi

2 xörək qaşığı kərə yağı

4 xörək qaşığı un

Hazırlanması:

Üyüdülmüş qozu bir tavaya tökün. Orta temperaturda 5 dəqiqə qarışdıraraq qovurun. Sonra ona 1 stəkan üzüm bəhməzi əlavə edin və qarışdırdıqdan sonra soyudun.   

Başqa bir tavada kərə yağını əridin. Əritdiyiniz yağa un tökün və rəngi bir az qızarana qədər qarışdıraraq qovurun. Kənarda soyumağa qoyduğunuz qarışımı qovurduğunuz una əlavə edərək, taxta qaşıqla yaxşıca qarışdırıb 3 dəqiqə daha qovurun. Sonra ocağın altını söndürərək, qarışımı soyumağa qoyun. Kənardakı 1 stəkan bəhməzi də halvaya əlavə edərək, bir daha qarışdırın. Halvaları servis boşqabına düzüb qaşıqla forma verin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.