Kulinariya

Qış süfrələrinin dadlı və faydalı təamı: şorba

26 Yanvar 2018 07:00
24 Şərh     Baxış: 7 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qış fəslinin gəlməsi və havaların soyuması mətbəxlərdə daha çox şorbaların bişirilməsinə təkan verir. Çünki şorbaların tərkibi adətən vitamin və minerallarla bol olur ki, bu da xəstəliklərdən qorunmağa və immunitetin güclənməsinə kömək edir.

Milli.Az ailem.az-a istinadən faydalı və damaq dadınızı ləzzətləndirəcək qış şorbası reseptini verir.

Ərzaqlar:

1 ovuc bulqur

1 ovuc mərci 

1 ədəd kartof

1 ədəd soğan 

1 ədəd kök

1 çay qaşığı istiot

1 çay qaşığı sarıkök

2 xörək qaşığı zeytun yağı

1 ədəd qırmızı bibər

Hazırlanması:

Qış şorbasının hazırlanması olduqca sadədir. Burada tək diqqət ediləcək məqam odur ki, bir neçə ərzağın bir yerdə yaxşıca bişirilməsidir. Yuyulub təmizlənmiş kartofu, kökü, mərci və bulquru bir qazanın içərisinə qoyun. Üzərini keçəcək miqdarda su əlavə edin və ocağa qoyun. Qazanın içərisindəki ərzaqlar yumşaldıqda ocaqdan götürün. Sonra mətbəx robotu ilə əzin. Ayrı bir tavanın içərisinə bol zeytun yağı tökün və xırda doğranmış soğanları əlavə edin. Soğanları qovurduqdan sonra içinə istiot, sarıkök və doğranmış qırmızı bibəri əlavə edib yaxşıca qarışdırın və şorbaya əlavə edin. Üzərinə cəfəri doğrayıb servis edə bilərsiniz.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.