Kulinariya

Portağallı peçenyeni BELƏ HAZIRLAYIN

10 Yanvar 2018 07:00
8 Şərh     Baxış: 5 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çayla içmək üçün bəzən dadlı bir şirniyyata ehtiyac duyuruq. Milli.Az ailem.az-a istinadən evdə hazırlaya biləcəyiniz ləzzətli portağallı peçenye reseptini təqdim edir.

Lazım olanlar:

125 qr kərə yağı

1 stəkan şəkər tozu

1 yumurta

2 yemək qaşığı qatıq

1 portağalın qabığı

1 stəkan portağal suyu

1 çay qaşığı soda

4 stəkan un

Üzəri üçün: 2 xörək qaşığı şəkər tozu

Hazırlanması:

Otaq temperaturunda əridilmiş yağı və şəkər tozunu qarışdırın. Yumurta, qatıq, rəndələnmiş portağal qabığı, portağal suyu və sodanı əlavə edin və qarışdırmağa davam edin.

Yavaş-yavaş un əlavə edib, yapışqan olmayan bir hala gətirin.

Əldə etdiyiniz xəmirdən orta böyüklükdə toplar düzəldin. Soba qabına yağlı kağız sərin və hazırladığınız portağallı peçenyeləri aralarında boşluqlar buraxaraq düzün. Peçenyelərin üzərinə şəkər tozu səpin. Əvvəlcədən 170 dərəcədə qızdırılmış sobada portağallı peçenyeləri bişirin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.