Kulinariya

Alma sirkəsini evdə hazırlamağın ASAN YOLU

19 Noyabr 2017 07:00
4 Şərh     Baxış: 4 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salatlarda, dəriyə qulluqda və arıqlama zamanı bol-bol istifadə etdiyimiz alama sirkəsini təbii şəkildə evdə hazırlamaq istəyirsinizmi? Milli.Az ailem.az-a istinadən asan qaydada hazırlayacağınız alma sirkəsinin reseptini təqdim edir.

Lazım olanlar:
 
2 ədəd alma
5 stəkan su
1 çay qaşığı şəkər
1 çay qaşığı duz

Hazırlanması:
 
Almaların qabığını soyun. Bu qabıqları bir balonun içinə qoyun. Daha sonra balona suyu töküb, duz və şəkəri də əlavə edin. Balonun ağzını yaxşı bağlayıb çalxalayın. Daha sonra 10 gün müddətində bankanı qaranlıq bir yerdə mühafizə edin.

10 gün sonra çıxardığınızda alma qabıqları suyun üstünə çıxarsa, deməli, sirkəniz hazır olub. Ondan rahatlıqla istifadə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.