Kulinariya

Almalı piroqun ASAN RESEPTİ

10 Noyabr 2017 07:00
2 Şərh     Baxış: 8 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən çay içmək üçün ləzzətli və fərqli bir şirniyyat yemək istəyirik. Milli.Az ailem.az-a istinadən dadlı və yumşaq piroqun reseptini təqdim edir.

Lazım olanlar:

125 qr kərə yağı
 
100 ml zeytun yağı
 
5 stəkan un

1 stəkan qatıq
 
1 yumurta
 
1 stəkan şəkər tozu

Vanil
 
Qabartma tozu
 
Cem üçün lazım olanlar:
 
2 qırmızı alma
 
1,5 xörək qaşığı şəkər tozu
 
1 çay qaşığı darçın
 
Cemin hazırlanması:
 
Almaları doğrayın və şəkər tozu ilə birlikdə qarışdırın. Darçını da əlavə etdikdən sonra suyunu çəkənə qədər bişirin.
 
Almalı tortun hazırlanması:
 
Undan başqa bütün ərzaqları bir qabda qarışdırın. Yavaş-yavaş unu əlavə edərək ələ yapışmayan bir xəmir yoğurun. Hazırladığınız xəmirdən üzərinə qəfəs hazırlamaq üçün bir az ayırın. Digər hissəsini yuvarlaq bir formada yayın və alma cemini onun üzərinə əlavə edin. Ən sonda ayırdığınız xəmir ilə kiçik lentlər hazırlayın və alma piroqunun üzərinə qəfəs  şəkildə bağlayın. Əvvəlcədən qızdırılmış 180 -lik sobada qızarana qədər 25-30 dəqiqə bişirin.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.