Kulinariya

Yağlı qırmızı bibər turşusunu BELƏ HAZIRLAYIN

9 Noyabr 2017 07:00
4 Şərh     Baxış: 2 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qışda süfrələrimizdən əskik etməyəcəyimiz turşulardan biri də yağlı bibər turşusudur. Milli.Az ailem.az-a istinadən yağlı bibər turşusunun asan hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:
 
1 kq qırmızı bibər
1 stəkan sirkə
1 stəkan duru yağ
10 -12 diş sarımsaq 
Duz
 
Hazırlanması:
 
Əvvəlcə bibərləri yuyub təmizləyin və istədiyiniz ölçüdə doğrayın.
Duru yağı, sirkəni geniş bir qaba əlavə edib ocağa qoyun. Həmin qarışım qaynamağa başladıqda bibərin hər iki tərəfini qızartmağa başlayın. Daha sonra 2-3 diş sarımsağı balonun dibinə qoyub üstünə qızaran bibərləri yerləşdirin və duz səpin. Bunu bibərlər bitənə qədər davam etdirin. Daha sonra qabda qalan yağı süzərək balona boşaldın və üzərinə duz, sarımsaq əlavə edib balonun qapağını bağlayın.  Sonra balonu bir neçə dəfə ağzı aşağı çevirib düzəldin. Bunu onun üçün edin ki, balondakı yağ və duz bir-birinə yaxşı qarışsın. Tamamilə soyuduqdan sonra turşunu mütləq soyuducuda saxlayın.
 
Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.